dcsimg

Benthophilus grimmi ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qrimm çömçəxulu (lat. Benthophilus grimmi) — Çömçəxullar cinsinin bir nümayəndəsidir.

Yayılması

Xəzərin endemik növüdür. Azərbaycan sahillərində Yalamadan Abşerona qədər və Küryanı rayonlarda azsaylıdır.

Morfoloji əlamətləri

D IV, 18-9, A I 7-8 (9)-dur.Bədəni gödəkdir, ön hissəsi enli və yoğundur.Burnu girdədir.Başı öndən basıqdır. Başın üst tərəfində, gözlərin arasında və peysərdə novşəkilli çökəklik var. Başın alt tərəfində dəri bığcıq var. Ağzın künclərindən arxada dəri qırış zəif inkişaf etmişdir. Bədənin ön və başın üst hissəsi xırda, yastı sümük lövhəciklərlə sıx örtülmüşdür. Belində və böyürlərində üç qonurumtul-qara xal vardır. Dişilərdə qarın üzgəci anus üzgəcinə çatmır, erkəklərində isə çatır. Bundan başqa dişilərdə anus üzgəcinin birinci iki şüaları əyilmiş olur. Uzunluğu 95 mm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi

Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır. Dənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır[1].

Çoxalması

Kürüləmə mart və aprel ayında baş verir. Çoxalması ətraflı örgənilməyib.

Təsərrüfat əhəmiyyəti

Vətəgə əhəmiyyəti yoxdur.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 148.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.218.

İstinadlar

Xarici keçidlər

Benthophilus_grimmi

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Benthophilus grimmi: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qrimm çömçəxulu (lat. Benthophilus grimmi) — Çömçəxullar cinsinin bir nümayəndəsidir.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ