dcsimg

Anaxoreta sovkası ( Azerbaijano )

fornecido por wikipedia AZ

Anaxoreta sovkası[1] (lat. Cyrebia anachoreta) - Pulcuqluqanadlılar dəstəsinə, Sovkalar fəsiləsinə aid kəpənək növü.

Təsviri

Kəpənəyin qanadları açılmış halda uzunluğu 26 – 29 mm-dir. Ön qanadları qırmızımtıl – sarı rəngdə olub, yaşılımtıl – boz yaxud qonur rəngli pulcuqlarla qarışıqdır. Yumuru və böyrəkşəkilli naxışlar qanadın ön kənarında yerləşir.Üzərində zəif görünən açıq rəngli eninə uzanan zolaq vardır. Arxa qanadları sarıdır, ensiz qara rənglə haşiyələnmişdir. Qarıncığı sarımtıla çalır.[2]

Yayılması

Şimali Qafqaz (Qruş, Kars, Dağıstan, Zarıdağ); Gürcüstan (Laqodexi, SikroSxaro) və Türkiyədə yayılmışdır. Azərbaycanda Qax, Zaqatala, Göygöl, Ordubad, Kəlbəcər rayonlarında rast gəlinir.[3]

Həyat tərzi

Böyük və Kiçik Qafqazın subalp, alp çəmənikləri və meşə açıqlıqlarında görünürlər. Biologiyası məlum deyil. Kəpənəyi gündüzlər iyulun ortalarından avqustun axırlarına qədər uçur. Uçuşu çox iti və sürətlidir. Günün çox hissəsini çobanyastığı, qarabaşaq və digər bitkilərin çiçəkləri üzərində keçirir. Ona toxunduqda uçmur, dərhal özünü otluğa atır və gizlənir. Sonra onu tapmaq mümkün olmur.

Sayı

Azsaylıdır, nəsli kəsilmək üzrədir

Məhdudlaşdırıcı amillər

Yaşayış yerlərinin antropogen təsirlərə məruz qalması (mal-qara otarılması, ot çalımı, dərman bitkilərinin toplanması), kəpənəyin kolleksiyaçılar tərəfindən tutulması.

Qorunması üçün məsləhət görülən tədbirlər

Yaşayış ərazilərində qoruqların təşkili.

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  2. И.В.Кожанчиков Фауна СССР. Насекомые-чешуекрылые. Совки (подсем. Agrotinae), Академии Наук СССР, т. ХIII, вып. 3, М.–Л., 1937, с. 289;
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.–Л., изд-во АН СССР, 1958, с. 367 - 368;
  4. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с

Həmçinin bax

Aleksandra sədəflisi

Alp satiri

Xrizip

Hilata

Talış məxməri kəpənəyi

Adi apollon


İstinadlar

  1. LepIndex: The Global Lepidoptera Names Index. Beccaloni G.W., Scoble M.J., Robinson G.S. & Pitkin B., 2005-06-15
  2. И.В.Кожанчиков Фауна СССР. Насекомые-чешуекрылые. Совки (подсем. Agrotinae), Академии Наук СССР, т. ХIII, вып. 3, М.–Л., 1937, с. 289;
  3. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Anaxoreta sovkası: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Anaxoreta sovkası (lat. Cyrebia anachoreta) - Pulcuqluqanadlılar dəstəsinə, Sovkalar fəsiləsinə aid kəpənək növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Cyrebia anachoreta ( Neerlandês; Flamengo )

fornecido por wikipedia NL

Insecten

Cyrebia anachoreta is een vlinder uit de familie uilen (Noctuidae). De wetenschappelijke naam is voor het eerst geldig gepubliceerd in 1851 door Herrich-Schäffer.

De soort komt voor in Europa.

Bronnen, noten en/of referenties

Taxonomische informatie over Cyrebia anachoreta bij Fauna Europaea.

Geplaatst op:
14-03-2013
Dit artikel is een beginnetje over biologie. U wordt uitgenodigd om op bewerken te klikken om uw kennis aan dit artikel toe te voegen. Beginnetje
licença
cc-by-sa-3.0
direitos autorais
Wikipedia-auteurs en -editors
original
visite a fonte
site do parceiro
wikipedia NL

Cyrebia anachoreta ( Vietnamita )

fornecido por wikipedia VI

Cyrebia anachoreta là một loài bướm đêm trong họ Noctuidae.[1][2]

Chú thích

  1. ^ Bisby F.A., Roskov Y.R., Orrell T.M., Nicolson D., Paglinawan L.E., Bailly N., Kirk P.M., Bourgoin T., Baillargeon G., Ouvrard D. (red.) (2011). “Species 2000 & ITIS Catalogue of Life: 2011 Annual Checklist.”. Species 2000: Reading, UK. Truy cập ngày 28 tháng 6 năm 2014.
  2. ^ Beccaloni, G. W., Scoble, M. J., Robinson, G. S. & Pitkin, B. (Editors). (2003) The Global Lepidoptera Names Index (LepIndex). (Geraadpleegd maart 2013).

Liên kết ngoài


Bài viết về tông bướm Noctuini này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
licença
cc-by-sa-3.0
direitos autorais
Wikipedia tác giả và biên tập viên
original
visite a fonte
site do parceiro
wikipedia VI

Cyrebia anachoreta: Brief Summary ( Vietnamita )

fornecido por wikipedia VI

Cyrebia anachoreta là một loài bướm đêm trong họ Noctuidae.

licença
cc-by-sa-3.0
direitos autorais
Wikipedia tác giả và biên tập viên
original
visite a fonte
site do parceiro
wikipedia VI