Qaya dovşanalması - (lat. Cotoneaster saxatilis Pojark.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.[1][2]
Hündürlüyü 1,5 -1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9-20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir. 4,5-5,5 mm uzunluğundadır, iki toxumludur. [1][3]
Meyvə verməsi sentyabr ayına təsadüf edir. Daşlı qayalıqlarda, kolluqların arasında rast gəlinir.
Kiçik Qafqazın şimal hissəsi (Çaykənd ətrafı), Abşeron (Kəkliklidağ). [4]
Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Yaşayış mühitinin deqradasiyası və ətraf mühit amillərinə həssaslığı müşahidə olunur.
Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.
http://dendrologiya.az/?page_id=112
Qaya dovşanalması - (lat. Cotoneaster saxatilis Pojark.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.