Pont quş südü - (lat. Ornithogalum ponticum Zahar.) Hiasintkimilər— (Hyacinthaceae Batsch) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür.[1]
Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdəsi düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır [2][1][3].
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kriptofit (geofit) bitkidir. Orta dağ qurşağına kimi meşəkənarı, kolluqlararası, bağlar, əkinlər və otlu yamaclarda, paxlalı-taxıllı, müxtəlifotlu senozlarda komponent kimi iştrak edir. Dekorativ, qida və dərman bitkisidir [2][1][3][4].
Qobustan (Mərəzə qəsəbəsi); Böyük Qafqazın şərq hissəsi (Şamaxı rayonu, Damlamaca kəndi, Nağaraxana kəndi Pirqulu qəsəbəsi ətrafları), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonun Badamlı və Ayrınc, Culfa rayonunun Ləkətağ və Teyvaz kəndləri ətrafında). [2][1][3][5][6][7]
Fraqmentləşmiş sahələrin və təbii ehtiyatların azalması müşahidə olunur. [2][1][6][7]
Antropogen amillər dekorativ bitki kimi yığılması, otların biçilməsi, həmçinin mal –qara tərəfindən tapdalanması.
Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması.
Ornithogalum georgicum Agapova
Ornithogalum ponticum ssp. cyclogynum Zahar.
Pont quş südü - (lat. Ornithogalum ponticum Zahar.) Hiasintkimilər— (Hyacinthaceae Batsch) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür.
Ornithogalum ponticum là một loài thực vật có hoa trong họ Măng tây. Loài này được Zahar. mô tả khoa học đầu tiên năm 1965.[1]
Ornithogalum ponticum là một loài thực vật có hoa trong họ Măng tây. Loài này được Zahar. mô tả khoa học đầu tiên năm 1965.