Hil (lat. Amomum)[1] - zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.[2] Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %).
Hil zəncəfil fəsiləsindən olan çoxillik bitki cinsidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hil toxumunun tərkibi faizlə aşağıdakı kimidir:
O cümlədən:
Üyüdülmüş toxumundan həm yeyinti sənayesində, həm də tibbdə geniş istifadə olunur. Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.
Hil (lat. Amomum) - zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %).