dcsimg

Söyüdyarpaq ağlarotu ( Aser )

fornì da wikipedia AZ

Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — lythraceae fəsiləsinin ağlarotu cinsinə aid bitki növü.

Təbii yayılması

Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir.

Botaniki təsviri

Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Ekologiyası

Hiqromezofitdir, meşə-kol, sahilyanı, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir, çox vaxt böyük çəhrayı rəngdə ləkələr əmələ gətirir. Saponin, flavonoid, efir yağı, C vitamini, aşı maddələri, fenolkarbon turşuları, gətran, eləcə də antosianlarla zəngindir.

Azərbaycanda yayılması

Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.

İstifadəsi

Yeməlidir bitkidir. Eksperimental, xalq və Tibet təbabətində, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, yuxarı nəfəs yolları, dəri-zöhrəvi, əsəb-sinir, qadın, dizenteriya, revmatizm, epilepsiya xəstəlikləri, həmçinin ishal, qanaxma, babasil, soyuqdəymə, ilan vurma və quduz heyvanların dişləməsi zamanı istifadə olunur. Antibakterial, antioksidant, diuretik, ağrıkəsici, büzüşdürücü, yarasağaldıcı, hemostatik, öskürəyə, qıcolmaya və iltihab proseslərinə qarşı təsirə malikdir. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, toxumları və kökü istifadə edilir. Cövhər, dəmləmə, tinktura və kompreslər. Yaponiyada susuzluğu yatırdmaq üçün istifadə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Söyüdyarpaq ağlarotu: Brief Summary ( Aser )

fornì da wikipedia AZ

Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — lythraceae fəsiləsinin ağlarotu cinsinə aid bitki növü.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ