Xəzər uları (lat. Tetraogallus caspius) — qırqovullar fəsiləsinin ular cinsinə aid quş növü.Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[1]
Sayı və arealı azalan, nəsli kəsilmək üzrə olan, oturaq növdür. Kiçik Qafqazın yüksək dağlıq zonalarında yayılıb. Dəniz səviyyəsindən 2000–3000 m yüksəklikdə alp zonasında yaşayır. Bitopları kserofil bitkiləri ilə örtülü daşlıq və qayalıq sahələrdir. Təxmini məlumatlara görə respublikamızdakı sayı 500 fərddən artıq deyildir.
Monoqam quşdur. Martın axırı – aprelin əvvəlində cütlərə ayrılır. Aprelin ortalarında dişi yuva qurur. Yumurta qoyması aprelin ikinci yarısında başlanır. 6-12 yumurta qoyur. Dişi 28-29 gün kürt yatır.
Tülkü və daşlıq dələsinin yumurtaları ilə qidalanması, təbii düşmənlərinin çox olması və qanunsuz ovlanması.
Xəzər uları (lat. Tetraogallus caspius) — qırqovullar fəsiləsinin ular cinsinə aid quş növü.Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.