dcsimg

Bozalaq ( Aser )

fornì da wikipedia AZ

Bozalaq (lat. Lepidium)[1] - kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.[2]

Cardaria draba (L.) Desv. (Lepidium draba L.) – Bozalaq

Кардария крупковидная (Клоповник крупковидный) - Critlike cardaria[3]

Botaniki təsviri

Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir.[3]

Mənşəyi və yayılması

Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Bozalaq Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[3]

Ekoloji qrup və bitdiyi yerlər

Halomezokserofitdir, dağ-çəmən, psammofit-litoral və alaq bitkilik tiplərində rast gəlir. Əsasən əkinlər, bağlar, çəmənlər, dənizkənarı qumsallıqlar, baxımsız olan yerlər, torpaq töküntüləri, yol və su kənarlarında zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi - Alkaloid, flavonoid, kumarin, karotin, C və E vitaminləri ilə zəngindir.[3]

Təsiri və tətbiqi

Hind və xalq təbabətində tətbiq edilir. Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Dəri, qadın xəstəliklərində, köp, qızdırma və şişlər zamanı istifadə olunur. Ödqovucu, həzm prosesini yaxşılaşdıran, sinqaya qarşı, funqisid və bakterisid təsirə malikdir. İstifadə olunan hissələri. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və meyvələri istifadə edilir.

İstifadə formaları - Dəmləmə, cövhər və şirələr.[3]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Toxumları acıdır, istiot kimi qıdalarda istifadə olunur.[3]

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi» Bakı,2011
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Bozalaq: Brief Summary ( Aser )

fornì da wikipedia AZ

Bozalaq (lat. Lepidium) - kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Cardaria draba (L.) Desv. (Lepidium draba L.) – Bozalaq

Кардария крупковидная (Клоповник крупковидный) - Critlike cardaria

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ