dcsimg
Image of wild carrot
Creatures » » Plants » » Dicotyledons » » Umbellifers »

Queen Anne's Lace

Daucus carota L.

Yabanı yerkökü ( Azerbaijani )

provided by wikipedia AZ

Yabanı yerkökü (lat. Daucus carota)[1]yerkökü cinsinə aid bitki növü.[2]

Daucus carota L. - Yabanı kök - Mорковь дикая - Wild carrot [3]

lat. Daucus carota L. – kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.

Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur.

Yerkökünün tərkibində orta hesabla 4-12% şəkər, 0,53-2,23% zülal, 0,1-0,7% yağ, 0,54-3,50% sellüloza, 0,4-2,9% pektin maddəsi, 2,3-5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru maddələrin ümumi miqdarı 8-20%-ə qədərdir. Şəkərlərin əsasını saxaroza (3,5-6%), az miqdarda qlükoza (1-2%) və fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün özək hissəsində xarici təbəqəyə nisbətən şəkərin miqdarı azdır.

Yerkökü zülalında əvəzedilməz aminturşularından metionin, fenilalanin, leysin, izoleysin, valin, treonin, lizin, triptofan və s. tapılmışdır.

Botaniki təsviri

Hündürlüyü 13-100 sm olan ikiillik, nadir hallarda birillik ot bitkisidir. Gövdəsi düz, kökü iyvari, ağımtıl rəngdədır. Yarpaqları yumurtavari və ya uzunsov, kənarları diş-dişli yaxud kəsikdir. Çoxşualı çətirləri vardır, ləçəkləri ağ, yaxud sarı, nadir hallarda çəhrayıdır. Çətirin ortasında bir (və ya bir neçə) tünd qırmızı rəngdə çiçək vardır. Meyvələri 3 mm, elliptik-uzunsovdur. İyun-oktyabr aylarında çiçəkləyərək, iyul-oktyabr aylarında meyvə verir.[3]

Mənşəyi və yayılması

Yabanı kök boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Avropada (şimal istisna olmaqla), eləcə də Şimali Afrikadan Qərbi Himalay dağlarına kimi, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda yabanı kök bütün rayonlarda arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[3]

Ekoloji qrup və bitdiyi yerlər

Mezokserofitdir, meşə-kol, psammofit-litoral və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşələrdə, kolluqlarda, dənizkanarı qumluqlarda, çay məcralarında və kanarlarında, bağlarda, bostanlarda və yol kənarlarında, qrup şəklində bitir. Dağ çəmənlərində çox vaxt müxtəlifotlu senozlarında ləkələr əmələ gətirir.[3]

Kimyəvi tərkibi

Alkaloid, flavonoid, kumarin, steroid və karotinoidlərlə, eləcə də efir və piyli yağlarla, aromatik birləşmələrlə zəngindir.[3]

Təsiri və tətbiqi

Yabanı kök farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi və eksperimental təbabətdə, Tibet, Çin və xalq təbabətində, kliniki sınaqlarda, homeopatiya, farmakologiya, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, ürəkdamar, əsəb-sinir, böyrək daşı xəstəliklərində, eləcə də bəd xassəli şişlərə qarşı istifadə olunur. Öd- və sidikqovucu, işlədici, antihelmint, spazmolitik və iltihab proseslərinə qarşı təsirə malikdir.[3]

Əks təsirləri

Mədə və onikibarmaq bağırsaq xorası, eləcə də enteritlərdə istifadə etmək olmaz.[3]

İstifadə olunan hissələri və İstifadə formaları

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, meyvələri və kökü istifadə edilir. Cövhər, ekstrakt, şirə və dəmləmə formasında istifadə olunur.[3]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Ədviyyə kimi istifadə olunur. Bal verən bitkidir.[3]

Təsnifatı

Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və ya karateli qrupuna aid yerkökünün uzunluğu – 3-6 sm, yarımuzunlarda – 8-20 sm, uzunlarda isə 20-45 sm olur. Sortların çoxu orta uzun qrupa aiddir. Karateli qrupuna "Paris karatelisi", "Xibin" sortu aiddir. Bunların ətli hissəsi zərif olduğundan orqanizmdə asan həzm edilir. Lakin saxlanmağa davamsızdır.

Orta uzun sortlara daxil olanlardan Nant, Geranda, Geranda-1129, Ukrayna gerandası, Şantene, Moskva gecyetişəni aiddir. Bunlar silindr və konusvari formada, yaxşı dada malik olur. Nant və Şantene sortları uzunsov simmetriyası, zərif ətli hissəsi və əla dadı ilə üstünlük təşkil edir. Saxlanmağa davamlıdır. Şantene sortu irimeyvəlidir və bunun 1 ədədinin çəkisi 400 qrama qədər olur. Geranda sortu və onun müxtəliflikləri saxlanılmağa davamlıdır.

Uzunölçülü yerkökü sortlarından Valeriya sortunu göstərmək olar. Gecyetişən sortdur, rəngi darçını-qırmızı, forması sivri konus şəklində, kökünün üstü hamar, üzərində kiçik gözcükləri olur. Bunun böyük və girdə özəyi çox kobud olmayıb, bütün qış boyu saxlanır. Azərbaycanda Nant-4, Biryuçekut-415, Şantene-2461 və yerli Abşeron yerkökü sortları yetişdirilir.

Əhəmiyyəti

Xalq təbabətində yerkökünün şirəsindən ağciyər xəstəliyi zamanı, göyöskürəyə qarşı, eləcə də qanartıran və həzm prosesini yaxşılaşdıran vasitə kimi geniş istifadə olunur.

Yerkökü suyu böyrəklər daş bağlayan zaman sidikqovucu dərman kimi də işlədilir. Sidikqovucu və bəlğəmgətirici xüsusiyyətə malikdir. Kök yemək üzün rəngini yaxşılaşdırır, boyu uzadır. Kökü çiy şəkildə yemək və ya xörəkdə işlətmək mədəni möhkəmlədir. O, sinə ağrısı, öskürək, böyrək daşı xəstəliklərinə xeyirlidir. Kök mürəbbəsi əhvalı yaxşılaşdırıb, bədəni qüvvətləndirir, mədə və qaraciyər üçün faydalıdır.

Kök şirəsi

Karotin, selen, eləcə də B, C, D, E, K vitaminləri ilə zəngindir.

  • Xeyirli xassələri: sinir sistemini möhkəmləndirir, həyat enerjisini artırır, immunitet qocalmanın qarşısını alır, görməni yaxşılaşdırır, hüceyrələrin mübadiləsini fəallaşdırır – cavanlıq eliksiri hesab olunur.
  • Nəyə kömək edir: siqaret çəkmək, gücsüzlük.
  • Məhdudiyyətlər: uzun müddət qəbul etdikdə dərinin rəngini dəyişə bilər.
  • Təcrübə: yeməkdən əlavə, 1 çay qaşığı bitki yağı əlavə olunmaqla içilməlidir.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 3,8 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011

Xarici keçidlər

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yabanı yerkökü: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yabanı yerkökü (lat. Daucus carota) — yerkökü cinsinə aid bitki növü.

Daucus carota L. - Yabanı kök - Mорковь дикая - Wild carrot

lat. Daucus carota L. – kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.

Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur.

Yerkökünün tərkibində orta hesabla 4-12% şəkər, 0,53-2,23% zülal, 0,1-0,7% yağ, 0,54-3,50% sellüloza, 0,4-2,9% pektin maddəsi, 2,3-5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru maddələrin ümumi miqdarı 8-20%-ə qədərdir. Şəkərlərin əsasını saxaroza (3,5-6%), az miqdarda qlükoza (1-2%) və fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün özək hissəsində xarici təbəqəyə nisbətən şəkərin miqdarı azdır.

Yerkökü zülalında əvəzedilməz aminturşularından metionin, fenilalanin, leysin, izoleysin, valin, treonin, lizin, triptofan və s. tapılmışdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ