[1]İkievli gicitkan (lat. Urtica dioica)[2] — gicitkan cinsinə aid bitki növü.[3]
Urtica dioica L.
Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir.
Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst
tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur.
Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir.
May
May-Sentyabr
Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər.
Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.
Vitamin verən, lifli, boyaq, dərman, qida əhəmiyyətli bitkidir. Yarpaqlarında kifayət qədər vitamin vardır, həmçinin aşı maddəsi də vardır