dcsimg

Ağ ayı ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ ayı (lat. Ursus maritimus) — Yırtıcılar dəstəsindan bir məməli növü.

Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir. Ayı balaları çox kiçik doğulur, uzunluğu 30 santimetr olur. Yazda təhlükəsizlik üçün dişi ayı balaları ilə sahildə yaşayır və ya buzun üstündə üzürlər. Yayda onlar hətta Şimal qütbə çatırlar. Əsasən suitilərlə qidalanırlar. Ağ ayılar yaxşı üzürlər, suda isə balıq tuturlar.[1]

Qlobal istiləşmə ağ ayıların yarıdan çoxunu məhv edə bilər. Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri xəbərdarlıq edirlər: Arktik buzların əriməsi ağ ayılar üçün o qədər öldürücü olacaq ki, 2050-ci ildə Rusiyanın şimal sahillərində və Alyaskadakı ağ ayılar məhv olacaqlar.

İndi dünyada 20-25 min arası ağ ayı var. Alimlərin proqnozlarına görə, 40 il müddətində onların üçdə ikisi yox olacaq.

Ağ ayılar əsasən Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar.

Onların müxtəlif ölkələrdə vəziyyətləri də fərqlidir. Rusiyada ağ ayılar 1956-cı ildən "Qırmızı kitab"a düşüb. Elə ən yaxşı vəziyyətdə olanlar da Rusiyadakı ağ ayılar sayılır. Bütövlükdə hər il dünyada 1000-ə yaxın ağ ayı məhv olur.

Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə proqram direktoru Marqaret Ulyams deyir ki, iqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində də böyük rol oynayır. Məsələn, ağ ayılar quruya çıxmağa, quruda daha çox vaxt keçirməyə başlayırlar. Həmin vaxtsa ayıların ovlanmasına daha çox şərait yaranır.

Ağ ayılar bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısında olduqlarından onların qorunması üçün 1973-cü ildə ağ ayılar haqqında beynəlxalq saziş imzalanıb.[2]

Sinonimləri

  • Ursus eogroenlandicus
  • Ursus groenlandicus
  • Ursus jenaensis
  • Ursus labradorensis
  • Ursus marinus
  • Ursus polaris
  • Ursus spitzbergensis
  • Ursus ungavensis
  • Thalarctos maritimus

İstinadlar

Xarici keçidlər

Daky du lys d'Orient 5.jpg Heyvanlar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağ ayı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ ayı (lat. Ursus maritimus) — Yırtıcılar dəstəsindan bir məməli növü.

Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir. Ayı balaları çox kiçik doğulur, uzunluğu 30 santimetr olur. Yazda təhlükəsizlik üçün dişi ayı balaları ilə sahildə yaşayır və ya buzun üstündə üzürlər. Yayda onlar hətta Şimal qütbə çatırlar. Əsasən suitilərlə qidalanırlar. Ağ ayılar yaxşı üzürlər, suda isə balıq tuturlar.

Qlobal istiləşmə ağ ayıların yarıdan çoxunu məhv edə bilər. Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri xəbərdarlıq edirlər: Arktik buzların əriməsi ağ ayılar üçün o qədər öldürücü olacaq ki, 2050-ci ildə Rusiyanın şimal sahillərində və Alyaskadakı ağ ayılar məhv olacaqlar.

İndi dünyada 20-25 min arası ağ ayı var. Alimlərin proqnozlarına görə, 40 il müddətində onların üçdə ikisi yox olacaq.

Ağ ayılar əsasən Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar.

Onların müxtəlif ölkələrdə vəziyyətləri də fərqlidir. Rusiyada ağ ayılar 1956-cı ildən "Qırmızı kitab"a düşüb. Elə ən yaxşı vəziyyətdə olanlar da Rusiyadakı ağ ayılar sayılır. Bütövlükdə hər il dünyada 1000-ə yaxın ağ ayı məhv olur.

Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə proqram direktoru Marqaret Ulyams deyir ki, iqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində də böyük rol oynayır. Məsələn, ağ ayılar quruya çıxmağa, quruda daha çox vaxt keçirməyə başlayırlar. Həmin vaxtsa ayıların ovlanmasına daha çox şərait yaranır.

Ağ ayılar bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısında olduqlarından onların qorunması üçün 1973-cü ildə ağ ayılar haqqında beynəlxalq saziş imzalanıb.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ