dcsimg
Image of bittersweet
Creatures » » Plants » » Dicotyledons » » Staff Vine Family »

Oriental Bittersweet

Celastrus orbiculatus C. P. Thunberg ex A. Murray

Girdəyarpaq selastrus ( Azerbaijani )

provided by wikipedia AZ

Girdəyarpaq selastrus

Təbii yayılması

Uzaq Şərq, Yaponiya və Çində bitir.

Botaniki təsviri

12 m-ə qədər hündürlükdə, möhkəm oduncaqlı, yarpağıtökülən, dayağa sarılan lianadır. Gövdəsi çoxbudaqlı, sıx çətirli qabığı dayaz şırımlı, ziyiləbənzər xallıdır. Zoğları əvvəl yaşıl, sonralar qırmızımtıl tünd-qəhvəyi rəng alır. Yarpaqları ellipsvarı və ya yumurtavarıdır, ucdan sivriləşir, kənarları küt mişardişli, yaşıl, üstü parlaq, alt hissəsi göyümtül, payızda isə saralır və narıncı rəngdə olur. Çiçəkləri xırda, yaşılımtıldır, yarpaq qoltuğunda qalxanvarı qrupda yerləşir. Yayda iyun-iyul aylarında çiçəkləyir, xırda yaşıl çiçəkləri qoltuq qalxanlarda yerləşir, sentyabrda çox dekorativ, xırda (6 mm-ə qədər) sarı, çəhrayı-qırmızı toxumları olan qutucuq meyvələri əmələ gəlir. Toxumu setyabrda yetişir. Toxumlarla, yaşıl və oduncaqlaşmış qələmlərlə çoxaldılır.

Ekologiyası

Qidalı, yaxşı drenajlı torpaqları, çox miqdarda günəş işığını sevir. Yarımkölgədə də bitə bilər. Soyuğa, xəstəliklərə davamlıdır, zərərvericilərə yoluxmur.

Azərbaycanda yayılması

Böyük Qafqazda aşağı yaruslarda rast gəlinir.

İstifadəsi

Şaquli yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında, yolların yaşıllaşdırmasında istifadəsi məqsədyönlüdür. Tərkibində aşı maddələri, flavonid, şəkər, katexin vardır. Toxumunda seskiviterpinoid tapılmışdır ki, bundan da efir yağı alınır. Virus xəstəliklərinin müalicəsində istifadə olunur.


Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Girdəyarpaq selastrus: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Girdəyarpaq selastrus

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ