dcsimg

Çovdar mahmızı ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Çovdar mahmızı‎

Çovdar mahmızını digər adla Clavisepslər sırası(clavicipitales sırası) kimi də adlandırmaq olar.Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur.Çovdar mahmızı(Claviceps purpurea) isə sıranın ən çox praktik əhəmiyyət kəsb edən nümayəndəsidir. O müxtəlif taxıl bitkiləri,xüsusən, də çovdar sünbüllərində parazit həyat tərzi keçirir.Bitkinin əsasən çiçək yatağında inkişaf edərək mitseli,konididaşıyıcılar və şəffaf təkhüceyrəli konidilər əmələ gətirir. Onun bu dövrü sfaseliya adlanır.Bitkinin yoluxmuş hissəsindən həşəratları özünə cəlb edən şirin şirə ifraz olunur ki,nəticədə konidilər həşərat vasitəsilə sağlam bitkilərə keçərək xəstəliyi yayır. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhzuldarlığı azaldır ,digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur.Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır .Həmin maddələr şiddətli zəhərlənmələr verir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ