dcsimg

Qalapaqos tısbağası ( азерски )

добавил wikipedia AZ

Qalapaqos tısbağaları - və ya Qalapaqos nəhəng tısbağaları (Chelonoidis nigra) yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır.

Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər.

Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.

Tısbağaların sayı 16-cı əsrdə 250,000 olsa da, bu rəqəm 1970-ci ildə 3000-ə qədər azaldı. Bu azalmaya ət və yağ üçün növlərin istismarı, kənd təsərrüfatı üçün yaşayış sahələrinin dəyişdirilməsi və adaya aid olmayan məsələn, siçovullar, keçilər və donuzların adaya gətirilməsi səbəb olmuşdur. Vəhşi təbiətdə, əsl 14 alt növdən 10 ədədi qurtulmuş; 11-ci alt növünün isə yaşayan bir yeganə fərdi 2012-ci il iyunda ölümünə qədər nəzarətə alınmış və Lonsam Corc (Lonesome George) ləqəbi verilmişdir. 20-ci əsrin başlanğıcından etibarən mühafizə cəhdləri nəticəsində minlərlə nəzarətə alınmış cavan növlər öz əcdadlarının doğma adalarına buraxılmış, və növlərin ümumi sayının 21-ci əsrin başlanğıcında 19,000-ə yetişməsi təxmini hesablanmışdır. Çalışmalara rəğmən, növləri bütünlüklə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən “təhlükəyə açıq (mühafizəsiz)” kimi sinifləndirilmişdir.

A Qalpaqos adalarının adlarını və onlarda yaşayan doğma alt növləri və ya tısbağalarını göstərən xəritə.
Sağ qalmış alt növlərə malik adalar kölgələnmişdir.
Extinct race - nəsli kəsilmiş cinslər
Univerified extinct race - təsdiqlənməmiş nəsli kəsilmiş növlər
Volcano - Volkanlar
Qalapaqos tısbağalarının
qoruyucu qabıqlarının variantları
Abingdoni alt növünə aid bir tısbağa. Boyununun üzərindən meyillənən səciyyəvi yəhərvari qabığa malikdir.
Yəhərvari arxalı ((abingdoni)
Chathamensis alt növünə aid tısbağa. Az yəhərşəkilli qabığa malikdir.
Orta(chathamensis)
Porteri alt növünə aid bir tısbağa. Yumru günbəzvari qabığa malikdir.
Günbəzşəkilli (porteri)

Xarici əlaqələr

Mənbə

Həmçinin bax

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Qalapaqos tısbağası: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Qalapaqos tısbağaları - və ya Qalapaqos nəhəng tısbağaları (Chelonoidis nigra) yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır.

Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər.

Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.

Tısbağaların sayı 16-cı əsrdə 250,000 olsa da, bu rəqəm 1970-ci ildə 3000-ə qədər azaldı. Bu azalmaya ət və yağ üçün növlərin istismarı, kənd təsərrüfatı üçün yaşayış sahələrinin dəyişdirilməsi və adaya aid olmayan məsələn, siçovullar, keçilər və donuzların adaya gətirilməsi səbəb olmuşdur. Vəhşi təbiətdə, əsl 14 alt növdən 10 ədədi qurtulmuş; 11-ci alt növünün isə yaşayan bir yeganə fərdi 2012-ci il iyunda ölümünə qədər nəzarətə alınmış və Lonsam Corc (Lonesome George) ləqəbi verilmişdir. 20-ci əsrin başlanğıcından etibarən mühafizə cəhdləri nəticəsində minlərlə nəzarətə alınmış cavan növlər öz əcdadlarının doğma adalarına buraxılmış, və növlərin ümumi sayının 21-ci əsrin başlanğıcında 19,000-ə yetişməsi təxmini hesablanmışdır. Çalışmalara rəğmən, növləri bütünlüklə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən “təhlükəyə açıq (mühafizəsiz)” kimi sinifləndirilmişdir.

A Qalpaqos adalarının adlarını və onlarda yaşayan doğma alt növləri və ya tısbağalarını göstərən xəritə. Sağ qalmış alt növlərə malik adalar kölgələnmişdir.
Extinct race - nəsli kəsilmiş cinslər
Univerified extinct race - təsdiqlənməmiş nəsli kəsilmiş növlər
Volcano - Volkanlar Qalapaqos tısbağalarının
qoruyucu qabıqlarının variantlarıAbingdoni alt növünə aid bir tısbağa. Boyununun üzərindən meyillənən səciyyəvi yəhərvari qabığa malikdir.Yəhərvari arxalı ((abingdoni)Chathamensis alt növünə aid tısbağa. Az yəhərşəkilli qabığa malikdir.Orta(chathamensis)Porteri alt növünə aid bir tısbağa. Yumru günbəzvari qabığa malikdir.Günbəzşəkilli (porteri)
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ