dcsimg

Çili araukariyası ( азерски )

добавил wikipedia AZ

Çili araukariyası — Vətəni Cənubi AmerikaAvstraliya olan bitki. Hündürlüyü 30–40 m-ə, gövdəsinin diametri 1-1,5 m-ə çatan piramida formalı həmişəyaşıl ağacdır. Cavan ağacların çətiri enlipiramida formalı, yan budaqları üfüqi və ya bir az meyllidir. Ağac yaşlandıqca aşağı budaqları tökülür. Qabığı boz-qonur, qatranlıdır. Tökulməyən yarpaqları oval-nizəşəkilli, məsaməli və hər iki tərəfdə zolaqlıdır, uzunluğu 30–50 mm, eni 8-25 mmdir ikievli və birevli olub, 10-15 il yaşayır. Yumurtacıq toxum pulcuğunda olur və örtücü pulcuqlarla birlikdə inkişaf edir. Dişi qozaları Şarşəkilli, tünd-qonur rəngli olub, uzunluğu 10-18 sm, eni 8-15 sm-ə qədərdir, 2-3 ilə yetişir. Erkək qozaları şaquli yerləşir, sarımtıl – qonurdur, uzunluğu 7-15 sm, eni 5 sm-ə qədərdir, tək və topalarla yerləşir, mikrosporofilləri birdir. Toxumların rəngi açıq – qonur, açıq narıncı, üçbucaq formasındadır. Araucaria aracuana növü işıq və istiliksevəndir, quraqlığa davamlıdır. Münbit və əhəngsiz torpaqları sevir. Azərbaycanda Abşeron, Lənkəran və Astara bölgələrində, Gəncə də park və bağlarda, xiyabanlarda rast gəlinir.

Mənbə

  • Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
  • Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Çili araukariyası: Brief Summary ( азерски )