dcsimg

Adi dazı ( الأذرية )

المقدمة من wikipedia AZ

Adi dazı (lat. Hypericum perforatum),[1]pəncə,[2] və ya dəlikli dazıotudazı cinsinə aid bitki növü.[3]

Botaniki xarakteristikası

 src=
Adi dazı. (O.V.Tomenin "Flora von Deutschland, Österreich und der Schweiz" kitabından illüstrasiya, 1885)

Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir.

Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur. Qutucuğun hər yuvasında çoxlu sayda, tünd qəhvəyi rəngli xırda (1 mm-ə yaxın) toxumlar olur. Çiçək və meyvəsində narıncı rəngli hiperisin piqmenti var. Bu piqment dəriyə toxunduqda əvvəlcə narıncı rəngli ləkə kimi görünür, sonra getdikcə tədricən tündləşərək qəhvəyi rəng alır. Adi dazı iyun ayından başlayaraq avqusta qədər çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.

Yayılması

Əsasən meşə kənarlarında, kolluqlarda, əkin yerlərinin kənarlarında, becərilməyən yerlərdə bitir. Meşə yolları və sahələrin ətrafında alaq otu kimi gözə dəyir. Avrasiyada Atlantik okeanı sahillərindən Sibir, Monqolustan və Çinə qədər ərazidə geniş yayılmışdır. Şimali Afrikada, Kanar və Azor adalarında rast gəlinir. Bəzi növləri Avstraliya, Yeni Zelandiya, Yaponiya, Şimali və Cənubi Amerikaya gətirilmib yayılmışdır. Azərbaycanın bir çox rayonlarında yayılıb. Respublikamızda ehtiyatı boldur.

Təbabətdə

İstifadə olunan hissəsi

Tibbi məqsədlə adi dazı bitkisinin yerüstü hissəsindən (Herba Hyperici) istifadə edilir. Bitki xammalı intensiv çiçəkləmə dövründə yerdən 8-10 sm hündürlükdə kəsilərək yığılır. Kölgədə, yaxud quruducularda 35-40° S temperaturda qurudulur. Düzgün qurutduqda bitkinin rənki dəyişilmir və təzə bitkidə olduğu kimi xoş balzamik ətrə malik olur. Qurudulmuş xammalın öz keyfiyyətini saxlama müddəti 3 ildir.

Tərkibi

Adi dazı çoxlu bioloji aktiv maddələrə malikdir. Onun tərkibində fotoaktiv antrasen törəmələri (hiperisin—0,4%, psevdohiperisin, protopsevdohiperisin və s), flavon birləşmələri (hiperozid—0,7-1%, rutin, kversitrin, izokversitrin, mirisetin və kversetin), efir yağı — 0,1-0,25% (terpenlər, seskviterpenlər və izovalerian turşusunun mürəkkəb efirləri), aşı maddələr (10%-ə qədər), qətranlar (10%-ə qədər), saponinlər, antosian, seril spirti, alkoloidlərin izi, karotin (55 mq%), nikotin turşusu, askorbin turşusu (80-120 mq%), xolin (34 mq%), P vitamini, PP vitamini, tokoferol və s. aşkar edilmişdir.

Əsas təsiri

Rekenerativ, iltihab əleyhinə, yarasağaldıcı.

Farmakoloji təsiri

Adi dazı geniş farmakoloji təsir spektrinə malik bitkidir. Müəyyən edilmişdir ki, adi dazının flavonoidləri qan damarlarının, öd yollarının və bağırsaqların saya əzələlərinə spazmolitik təsir göstərir. Petkov (1988) Leclerc-ə istinad edərək, adi dazının antiseptik xassəyə malik olduğunu qeyd edərək onu yarasağaldıçı kimi tətbiq etməyi məsləhət körür. Onun fikrincə, adi dazı yerli anesteziyaedici və iltihab əleyhinə təsirlərə malikdir.

Eksperimental olaraq adi dazıdan ekstraksiya nəticəsində alınmış karotin, tokoferol və ali spirtlərdən ibarət qatışığın iltihabпötürücü təsir пöstərməsi müəyyənləşdirilmişdir.

Adi dazının preparatları büzücü, iltihabпötürüçü, antiseptik təsirlərə malik olmaları ilə yanaşı, reпenerasiya proseslərini də tənzimləyirlər.

Adi dazının çıxarışları ürək əzələlərinin yığılma amplitudasını artırır, qan təzyiqini azça yüksəldir, sinir sisteminə antidepressiv təsir пöstərir. Onun qalen preparatları qastrit, mədə-bağırsaq yaraları, enterokolit, öd yollarının diskineziyası, xolesistit, öd daşı, hepatit, babasil, sistit, stomatit, parodontoz, gingivit, faringit və s. xəstəliklərin müaliçəsində geniş istifadə edilir. Adi dazının preparatları zəif toksiki təsirə malikdirlər. Lakin fəsad vermirlər.

Adi dazı həlimindən yoğun bağırsağın rentgenoloji müayinəsində də istifadə olunur. Bu zaman barium qatışığına, 15,0:100,0 nisbətindən hazırlanmış dazı həlimi qarışdırılır. Bu, bir tərəfdən qarışırın bağırsaqda asan hərəkətini təmin edərək müayinə müddətini azaldır, digər tərəfdən isə bariumun özlülüyünü azaldaraq selikli qişanın relyefinin daha dəqiq alınmasına imkan yaradır. Adi dazıdan otolarinqoloji təcrübədə də istifadə olunur. Belə ki, bitki xammalından (1:5 nisbətində 40°-li spirtdə) alınmış cövhər xroniki iltihablı otitdə ya damçı şəklində, yaxud trunda vasitəsilə qulaq keçəçəyinə daxil edilir. Bu qayda ilə hazırlanmış cövhərdən tonzillit, angina, gingivit və stomatitdə (1 stəkan suya 30-40 damcı) qarqara etmək üçün istifadə olunur. Adi dazı fotosensibilizəedici maddə kimi, insanda Günəş işığına qarşı həssaslığı yüksəltmək qabiliyyətinə malikdir. Sokolov və Zamotayev bu xassənin, dazı bitkisinin tərkibindəki hiperisin piqmenti ilə əlaqədar olduğunu qeyd edirlər. Adi dazının qatılaşdırılmış ekstraktından vitiliqoda piqmentsizləşmə nəticəsində dəridə əmələ gələn ağ ləkələri yox etmək üçün istifadə edilir. Bitki xammalından antibakterial təsirə malik "Novoimanin" (Novoimaninum) preparatı alınmışdır.

Bolqarıstanda bitkinin yerüstü hissəsindən qaraciyəröd kisəsinin, o cümlədən həzm traktının xəstəliklərində büzücü və iltihabgötürücü maddə kimi istifadə olunur. Yara, podaqra, işias, revmatizm, vərəmbabasil xəstəliklərinə qarşı məsləhət görülür.

Fransada adi dazı otundan həm diuretik, həm ürək fəaliyyətini tənzim edən, həm də toxumaların regenerasiyasını tənzim edən maddə kimi istifadə edirlər.

Polşada ondan mədə-bağırsaq xəstəliklərində qankəsici və yarasağaldıçı maddə kimi, habelə qəbizlik hallarında, nevralgiyada, baş ağrılarında, yuxusuzluqda istifadə edilir.

Rus xalq təbabətində adi dazı revmatizm, işias, podaqra, ağçiyərlərin vərəmi, daxili qanaxmalar, babasil, qaraciyər xəstəlikləri, çiban və digər iltihabi proseslərin müalicəsi üçün geniş istifadə olunur.

İbn Sina adi dazının, oturaq siniri iltihabını götürdüyünü, güclü sidikqovucu və yarasağaldıcı effektlərə malik olduğunu qeyd etmişdir.

İstifadə qaydası

Adi dazı xammalından müxtəlif üsullarla çıxarışlar aparılır:

I üsul

Çini bir qaba lazım olan qədər dazı çiçəkləri doldurub, ürtünə onu örtənə qədər zeytun yağı tökülür. Qabın ağzı qapaqla örtülərək su hamamında 6 saat dəmlənir. Bundan sonra su hamamından çıxarılır. Ağzı açılmadan, otaq temperaturunda soyudulur və süzülür. Bu müddət ərzində zeytun yağı dazının keyfiyyətini almış olur. Onun rəngi qırmızımtıl-qonur rəngə çalır və spesifik aromat kəsb edir. Bu yağ mədə-bağırsaq yaralarında, qastritdə, öd yollarının iltihabında çox yaxşı təsir göstərir. Ondan gündə bir dəfə, səhər-səhər ac qarına, bir xörək qapşığı qəbul edilir.

II üsul

Xırdalanaraq toz halına salınmış dazı otundan iki xörək qaşığı qədər götürərək 0,5 l suya tökülür, beş dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirilir. Gündə 3-4 dəfə (hər dəfə 100 ml) yeməkdən 20-30 dəqiqə əvvəl isti halda qəbul edilir.

III üsul

Üç xörək qaşığı xırdalanmış dazı otu üzərinə 250 ml qaynar su töküb, iki saat dəmə qoyulur. Sonra süzülür. Gündə üç dəfə, hər dəfə 70-80 ml, yeməkdən əvvəl qəbul edilir.

IV üsul

Dazı həliminin hazırlanması. 10 q xırdalanmış adi dazı xammalı üzərinə 200 ml qaynar su töküb ağzını qapaqla örtdükdən sonra 30 dəqiqə ərzində su hamamında saxlanılır. Su hamamından çıxardıqdan 10 dəqiqə sonra süzülür. Alınmış həlimin üzərinə qaynanmış su əlavə etməklə əvvəlki həcmə (200 ml) çatdırılır. Ondan gün ərzində 4-5 dəfə, hər dəfə bir xörək qaşığı qədər qəbul edilir.

Qeyd olunan üsullardan əlavə, adi dazı bir çox dərman bitkiləri yığınlarının da tərkibinə daxildir.

Qalereya

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Şərqi Azərbaycan ostanının dərman bitkiləri
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Mənbə

  • N.İ.Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  • GRIN saytı
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Adi dazı: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Adi dazı (lat. Hypericum perforatum),pəncə, və ya dəlikli dazıotu – dazı cinsinə aid bitki növü.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ