dcsimg

Adi xurma ( الأذرية )

المقدمة من wikipedia AZ

Merge-arrows.svg Bu məqalə Qafqaz xurması məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.[1] [2]

Diospyros lotus L. – Adi xurma [3]

Bioloji xüsusiyyətləri

Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir. Yarpağın üstü tünd yaşıl olub, tüksüzdür, alt tərəfi isə tünd yaşıl və azca tüklü olur. Tüklər sonradan tökülür. Çiçəkləri tək-tək yerləşir. İkievli bitkilərdir. Dişi çiçəklər tək, erkək çiçəklər isə yarpaq qoltuqlarında yerləşmişdir. Meyvəsi oktyabrda yetişir; əvvəlcə yaşıl, sonra narıncı, tam yetişdikdə isə, göyümtül qara rəngli. üzəri boz mum qatı ilə örtülü olur. Hər meyvədə 2-8 ədəd toxum var. Meyvəsi yetişdikdən sonra şirinləşir. Təbii yayılma ərazisində torpağı rütubətli dağ yamaclarında, çay kənarlarında, bulaqların yanında daha çox rast gəlinir. Təbii sıxlığının ciddi tükənməsinə baxmayaraq, bu növ geniş yayıldığına görə az təhlükə altında olan növ hesab edilir.

Hündürlüyü 15–25 m, əlverişli şəraitdə isə 40 m, diametri 80 sm-ə qədər olan ağacdır. Yan kökləri torpağın dərinliyinə girmiş və kök sistemi saxələrə ayrılmışdır. Cavan budaqları hamardır, yaşılımtıldır; yaşlı gövdəsinin qabığı uzununa və köndələn yarıqlara dərin çatlayır, bayır tərəfdən açıqqəhvəyi və ya qəhvəyitəhər-boz rəngdədir, kənarları və çatları dəyirmidir. Tumurcuqları neştərşəkillidir.[4]

Yapaqları töküləndir, uzunluğu 5- 15 (20) sm,eni 3-6 (10) sm-dir, yumurtaşəkilli-uzunsov, uzunsov-ellipsvari və enli-neştərvaridir, qaidə hissəsində daralmış və ya dəyirmidir, təpə hissədə sivriləşmişdir,üst tərəfdən tünd-yaşıl,tutqun və yaxud şəffafdır, çılpaqdır, alt tərəfdən göyümtül-yaşıl rəngli, qısa tüklü və ya demək olar ki, çılpaqdır, qısa, qalın, tüklü, uzunluğu 1-1,5 sm olan saplaq üzərindədir. Qoltuq çiçəkləri 4-5 üzvlü olub, qısa saplaqlıdır. Tac qonurtəhər-qırmızı və ya çirkli-cəhrayı rəngdədir. Giləmeyvəsi şarşəkillidir, ətlidir və diametri 10-20-dir, yetişməmiş giləmeyvələri yaşıl rəngdə, daha sonra isə kəhrəbayaoxşar-sarı, tünd-qonur rəngdə olub, üzərində göy-mavitəhər təbəqəsi vardır. Toxumları 6 (1-10) ədəddir. Çiçəkləməsi may-iyun, meyvə verməsi oktyabr-noyabr aylarında baş verir.

Botaniki təsviri

Hündürlüyü 15–25 m, əlverişli mühitdə 40 m, gövdəsinin eni 80 sm çatan, kök sistemi yaxşı inkişaf etmiş ağacdır. Cavan zoğları hamar, yaşımtıl, ağ lansetvari mərciməkciklidir. Tumurcuqları lansetvaridir. Qısa, yoğun tükləşmiş saplaqlı yarpaqlarının uzunluğu 5-15 (20) sm, eni 3-6 (10) sm, yumurtavari, uzunsov elliptik və ya enli lansetvaridir, üstdən tünd yaşıl, altdan bozumtul-yaşıl, qısa tükləşmiş və ya çılpaqdır. Çiçəkləri qısa çiçək saplaqları, 4-5 üzvlü, qoltuqludur; erkəkcikli çiçəklər 4–6 mm, 2-5 çiçəkli, yarım çətirdə, dişicikli çiçəklər 7–14 mm, tək-tək yerləşir. Tacı qonur-qırmızı və ya çəhrayıtəhərdır. Şarvari qiləmeyvəsi 10–20 mm, ətlidir, 6(1-10) toxumludur. Yetişdikdə üstü bozumtul-mavi çalarlı kəhrabayı-sarı və tünd qonur rənglidir. May-iyunda çiçəkləyir, oktyabr-noyabrda meyvə verir.[3]

Mənşəyi və yayılması

Adi xurma qədim meşə coğrafi tipinin kiçikasiya-aralıq dənizi sinfinin qədim aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya, İran, Hindistan, Himalay, Yaponiya, Çin, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda Böyük Qafqazın şərq və qərb, Kiçik Qafqazın şimal rayonlarında, Talışın dağlıq hissəsində, Lənkəran və Kür-Araz ovalıqlarında, Alazan-Əyriçay vadisində və Bozqır yaylasında yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

BQ şərq, BQ qərb, KQ şimal, Lənk.dağ., Alazan-Əyriçay (tez-tez), Lənk. oval., Kür-Araz oval. Ovalıqdan, orta dağ qurşağına qədər.[4]

Tropik ölkələrdən başlayaraq, demək olar ki, yarısı Hind-Sakit okeanları ərazilərində, Azərbaycanda isə Lənkəran, Lerik, Astara,Balakən , Ismayıllı,Zaqatala, Yardımlı və Masallı rayonları ərazilərində rast gəlinir.

Lənkəran ovalığı (Lənkəran rayonu-İstisu, Bürcəli və Yuxarı Apo kəndləri, Astara rayonu –Siyaku, Maşxan kəndləri, Təngərudçay vadilərində), Lənkəranın dağlıq hissəsi ( Lerik -40-cı km, Yardımlı, Masallı rayonlarının meşələri), Böyük Qafqazın qərb (Zaqatala rayonu –Car, Makov, Əliabad, Matsex –Qəbizdərə, Misgər –taxtalar, Yuxarı Çardaxlar, Gözbarax, Məzix kəndlər ətrafı meşələr); Alazan –Əyriçay vadisi (Balakən rayonu-Qullar,Poçtbinə,Gərəkli,Mahamalar,Qazma,Hənifə,Talalar,Qabaqçöl,Katex,Kortala,Tülü, Silbançay) və şərq hissəsi (İsmayıllı rayonu –Buynuz kəndi). [2]

Sayı və tendensiyası: Populyasiya azalmağa meyillidir, mənfi təsirlərə həssasdır.

Ekoloji qrup və bitdiyi yerlər

Mezofitdir, meşə bitkilik tipində rast gəlir. Bəzən meşə əmələ gətirir.[3]

Kimyəvi tərkibi

Flavonoid, fenolkarbon turşuları, C vitamini, aşı maddələri, triterpenoid, üzvü turşular və xinonlarla zəngindir.[3]

Təsiri və tətbiqi

Xalq təbabətində istifadə olunur, Azərbaycanın orta əsrlər təbabətində tətbiq edilmişdir. Əsasən zob xəstəliyində, irinli yara və xoralarda istifadə olunur. Yarasağaldıcı və öskürəyə qarşı təsirə malikdir. İstifadə olunan hissələri - müalicə məqsədi ilə bitkinin yarpaqları və meyvələri istifadə edilir. İstifadə formaları - təpitmə və bəkməz (doşab).[3]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Meyvələri yeməlidir, yetişdikdə tər və qurudulmuş halda istifadə olunur. Yerli əhali meyvələrindən şirələr, çaxır və araq hazırlayır. Əzilmiş meyvələri şirin çörəklər bişirildikdə una əlavə olunur. Dekorativ və bal verən ağacdır.[3]

Yaşayış mühiti

Meşə əmələ gətirir və meşələrdə qarışıq halda rast gəlinir; bundan başqa yabanı halda da rast gəlinir.[4] Məhdudlaşdırıcı amillər - Antropogen amillər (meşə torplarının əkin üçün istifadə edilməsi, ağacların qırılması və otarılma).

Bitdiyi yer

Çay kənarlarında işıqlı rütubətli dağ yamaclarında yayılmışdır. Dəniz səviyyəsindən 400–800 m hündürlükləri arasında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Meyvələri yeyiləndir. Qiymətli balverən bitkidir. Dekorativ məqsədlə park və bağlarda əkilir. Oduncağı möhkəm olduğu üçün dülgər və xarrat məmulatlarının hazırlanmasında istifadə olunur.[4]

Təbii ehtiyatı və çoxalması

Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Generativ yolla çoxalır.

Təbii ehtiyatınnın dəyişilməsi səbəbləri və becərilməsi

Başlıca olaraq insan fəaliyyətidir. Azərbaycanda mədəni halda becərilir.

Qəbul edilmiş və zəruri qoruma tədbirləri

Azərbaycanın “Qırmızı kitabı”na salınmışdır. Bitkinin təbii yayıldığı ərazilərdə yasaqlıqların yaradılması zəruridir.

Mühafizə tədbirləri

Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Qafqaz%20xurmas%C4%B1
  2. 2,0 2,1 Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011
  4. 4,0 4,1 4,2 4,3 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Adi xurma: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Merge-arrows.svg Bu məqalə Qafqaz xurması məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Diospyros lotus L. – Adi xurma

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ