Rhithropanopeus harrisii və ya Zyoydeze yengəci[2][3] — Şimali Amerika materikinin Atlantik okean sahilləsi boyunca Nyu-Brunsvikdən Verakruz sahillərinə qədər[2] yayılmışlar.
R. harrisii əsasən açıq dəniz sularında yaşayırlar. Bununla belə şirin sulu sahələrdə belə olara rastlamaq mümkündür. Bu yengəclərin maksimum uzunluğu 2-2.5 sm-dir. Zeytuni-yaşıl-qəhvəyi rəngə malikdir. Bəzən qara nöqtələr çanağının üzərini örtə bilir.
Texas və Florida estuarilərində geniş yayılsa da sonradan dünyanın bir çox ərazilərinə yayılmışdır[4] 1937-ci ildə San Fransisko körfəzimnə belə yayılmışlar[5].
R. harrisii Avropada ilk olaraq Hollandiyanın Zyoydeze körfəzində aşkar edilir. Sonradan isə onlar Danimarka, Belçika, Almaniya, Fransa, Polşa, Estoniya, Finlandiya, Rusiya, Portuqaliya, İspaniya, İtaliya, Rumıniya, Bolqarıstan, Qara dəniz və Xəzər dənizi[2][6][7] sahillərində peyda olmuşdur.
Britaniya adalarında isə ilk dəfə Kardiff sahillərində görülmüşdür. Bu canlılar ərazidə 12 ‰ duzluğa malik sularda yaşayır.
Rhithropanopeus harrisii növünə daxil olan bir yarımnöv. Hollandiya yengəci olaraq da adlandırılır. Maksimal olaraq 2,5 sm uzunluğa malik olurlar[8]. Adətən erkəklər dişilərdən iri olur. Onların əsas fərqi qarın seqmentlərinin formasıdır: dişilərdə, geniş, yuvarlaq, erkəklərdə isə dar və əyri. Rəngləri qonur olsa da bəzən tam qara rəngdə belə ola bilir.
Əsas arealı Hollandiya və Almaniya sahilləri olsa da 1957-ci ildən Xəzər dənizində belə görülmüşdür. Xəzərə Volqa-Don kanalı ilə Azov dənizindən gəlməsi ehtimal edilir. Xəzər mühitinə asanlıqla adaptasiya olunmuş və geniş ərazidə yayılmışdır.
Təbiətdə yosun, kiçik qurdlar və hətta ölü orqanizmlərlə belə qidalanırlar. Bununla da sanitar rolunu oynayırlar.
Əsasən qumlu, qumlu-lilli sahələrdə yaşayırlıar. Qabıq dəyişmə zamanları müdafiyəsiz olduqlarından daha çox dalğalardan qorunan sakit suları üstün tuturlar. Yengəclərin qoyduğu kürülər temperaturdan asılı olaraq ən azı bir ay müddətində inkubasiya dövrü keçir. Bir aydan sonra isə uzunluğu 2-3 mm olana yengəclər müşahidə olunur. Bu canlıları akvarium şəraitində belə saxlamaq mümkündür.
Rhithropanopeus harrisii və ya Zyoydeze yengəci — Şimali Amerika materikinin Atlantik okean sahilləsi boyunca Nyu-Brunsvikdən Verakruz sahillərinə qədər yayılmışlar.
R. harrisii əsasən açıq dəniz sularında yaşayırlar. Bununla belə şirin sulu sahələrdə belə olara rastlamaq mümkündür. Bu yengəclərin maksimum uzunluğu 2-2.5 sm-dir. Zeytuni-yaşıl-qəhvəyi rəngə malikdir. Bəzən qara nöqtələr çanağının üzərini örtə bilir.
Texas və Florida estuarilərində geniş yayılsa da sonradan dünyanın bir çox ərazilərinə yayılmışdır 1937-ci ildə San Fransisko körfəzimnə belə yayılmışlar.
R. harrisii Avropada ilk olaraq Hollandiyanın Zyoydeze körfəzində aşkar edilir. Sonradan isə onlar Danimarka, Belçika, Almaniya, Fransa, Polşa, Estoniya, Finlandiya, Rusiya, Portuqaliya, İspaniya, İtaliya, Rumıniya, Bolqarıstan, Qara dəniz və Xəzər dənizi sahillərində peyda olmuşdur.
Britaniya adalarında isə ilk dəfə Kardiff sahillərində görülmüşdür. Bu canlılar ərazidə 12 ‰ duzluğa malik sularda yaşayır.