dcsimg

Kiçik əyridimdik ( الأذرية )

المقدمة من wikipedia AZ

Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(CR). Kritik vəziyyətdədir. Xüsusi qorunma tədbirləri görülməzsə, mənfi təsirlərdən nəsli kəsilə bilər.

Genefond əhəmiyyəti

Azərbaycan faunasında cinsin 3 növündən biridir.

Qısa təsviri

Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur. Döşünün naxışları uzununa yerləşir, onun aşağı hissəsində isə ürək formalıdır. Belinin arxa hissəsi və quyruğunun üst örtüyü ağdır. Sükan lələkləri də ağdır, üzərində isə bir neçə köndələn zolaq var [1][2].

Yayılması

Avrasiyanın meşə-bozqır zonasında yayılıb. Aralıq dənizi sahillərində qışlayır [3][4]. Azərbaycanda Xəzər dənizi sahilində təsadüf edilir [5][6].

Yaşayış yeri və həyat tərzi

Su hövzələrinin sahilindəki dayaz sularda və bataqlıq sahələrdə yemlənir [7]. Azərbaycanda miqrasiya dövründə olur. Yaz miqrasiyası az vaxt aparır (aprel), payız miqrasiyası isə avqust ayından oktyabra qədər davam edir [8].

Sayı

Sayı haqqında məlumat müqayisə etməyə yaramır, təsadüfi müşahidələrdir. Son 10 ildə yalnız iki dəfə görünüb. 2001-ci ilin mart ayında Kürün deltasında 4 fərdi [9] və 18.04.2006-cı ildə Ağzıbir gölü ilə Xəzər dənizi arasında 3 fərdi təsadüf edilib (Mustafayev).

Məhdudlaşdırıcı amillər

Miqrasiya vaxtında qanunsuz ovlanması. Su-bataqlıq biotoplarının qurudulması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Ramsar, Bern, Bonn, CİTES konvensiyalarına və AEWA sazişinə daxildir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və yasaqlıqlar əsas yaşama yerləridir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Miqrasiyasının xronoloji və topoqrafik xüsusiyyətlərini öyrənib, qorunmasına konkretlik verilməsi tələb olunur.

İstinadlar

  1. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, 239 s.;
  2. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 197-198;
  3. Mustafayev Q.T., Sadıqova N.A. Təbiətdə quşların yemlənmə qaydalarına görə yaranan qrupları // XXI əsrdə “Biologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konf. mat-rı., Bakı, BDU, 2010, s. 126-132;
  4. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 307-309.
  5. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, 239 s.;
  6. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 197-198;
  7. Mustafayev Q.T., Sadıqova N.A. Təbiətdə quşların yemlənmə qaydalarına görə yaranan qrupları // XXI əsrdə “Biologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konf. mat-rı., Bakı, BDU, 2010, s. 126-132;
  8. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 197-198;
  9. Бабаев И.Р. Размещение и численность редких видов водно-болотных птиц на прибрежной полосе Азербайджанского сектора Каспия // IVмеждународная конференция “Биологическое разнообразие Кавказа” посвященная 60-летию со дня рождения заслуженного деятеля науки РФ, академика РЭА, профессора Абдуррахманова Г.М. Махачкала, 2002, с. 72-74;

Ədəbiyyat

  1. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Kiçik əyridimdik: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ