dcsimg

Zolaqlı meyvə güvəsi ( الأذرية )

المقدمة من wikipedia AZ

Zolaqlı meyvə güvəsi(lat. Anarsia lineatella Zll.) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Diş-diş qanadlı güvələr fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11-14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8-12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6-7 mm olub, qəhvəyi-sarı rəngdədir.

 src=
Cocoon

Həyat tərzi

Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir. Pup mərhələsi 6-8 gün çəkir. Birinci nəslin kəpənəklərinin uçuşu may ayının axırlarına iyun ayının əvvəllərinə təsadüf edir. Şəkildən göründüyü kimi, birinci nəslin kəpənəklərinin uçuşu Lənkəran, Lerik və Astara rayonlarında iyunun 5- dən başlayaraq 25-30 gün çəkir. Kütləvi uçuş isə iyunun 15-25-nə təsadüf edir. İkinci nəslin kəpənəklərinin uçuşu isə iyulun 5-10 arasında başlayıb avqustun 5-15-də başa çatır. Kütləvi uçuş dövrü iyulun 20-dən avqustun 10-adək davam etməklə 15-20 gün çəkir. Kəpənəklər uçuşdan 6-8 gün sonra yumurta qoymağa başlayırlar. Onlar yumurtalarını cavan zoğların tumurcuq və meyvənin saplaq hissəsinə qoyurlar. Yumurta mərhələsinin inkişafı 20-24o C temperaturda 5-6 gün çəkir. Yumurtadan çıxmış tırtılların inkişaf dövrü meyvənin içərisində keçməklə 45-50 gün davam edir. Bir ildə iki nəsil verir.[1][2]

Yayılması

Azərbaycanda Lənkəran, LerikAstara rayonlarında, Şəki-Zaqatala bölgələrində rast gəlinir.[3] [4] [5]

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013

Həmçinin bax

Xarici keçidlər


İstinadlar

  1. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  2. Lənkəran Bölgəsində Meyvə Ağaclarına Zərər Verən Başlıca Həşəratların Təbii Zərərvericiləri
  3. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  4. NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLAR VƏ ONLARIN ENTOMOFAQLARI
  5. Dissertasiyanın avtoreferatı - Zoologiya İnstitutu
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Zolaqlı meyvə güvəsi: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Zolaqlı meyvə güvəsi(lat. Anarsia lineatella Zll.) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Diş-diş qanadlı güvələr fəsiləsinə aid olan növ.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ