Azarol yemişan (lat. Crataegus azarolus)[1] - yemişan cinsinə aid bitki növü.[2]
Təbii yayılması
Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir.
Botaniki təsviri
Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12-15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır. İyul-sentyabrda meyvə verir.
Ekologiyası
Torpağa tələbkar deyildir. İstiyə və soyuğa davamlıdır. Kolluqlarda bitir.
Azərbaycanda yayılması
Respublikanın bəzi bölgələrində mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
Qərbi Aralıq dənizi ölkələrində qədimdən meyvəli bitki kimi becərilir. Rusiyada və yaxın ölkələrdə azarol yemişanı becərilmir. Bu adla müxtəlif növlər, əsasən Pontiya yemişanı (Crataegus pontica) becərilir.
Məlumat mənbəsi
-
Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
- Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
- Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
- Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
- Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
- Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
- Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
- "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
- "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
İstinadlar
Yemişan cinsinə aid növlər C. altaica *
C. azarolus *
C. curvisepala *
C. daurica *
C. korolkowii *
C. kyrtostila *
C. monogyna *
C. oxyacantha *
C. pentagyna *
C. pinnatifida *
C. sanguinea *
C. aestivalis *
C. ambigua *
C. ambitiosa *
C. anamesa *
C. ancisa *
C. annosa *
C. apiifolia *
C. apiomorpha *
C. aprica *
C. arborea *
C. arcana *
C. × ariifolia *
C. arnoldiana *
C. ater *
C. austromontana *
C. berberifolia *
C. biltmoreana *
C. boyntonii *
C. brachyacantha *
C. calpodendron *
C. canbyi *
C. chlorosarca *
C. chrysocarpa *
C. coccinea *
C. coccinioides *
C. collina *
C. columbiana *
C. compta *
C. crus-galli *
C. cuneata *
C. cupulifera *
C. dahurica *
C. douglasii *
C. dsungarica *
C. ellwangeriana *
C. erythropoda *
C. flabellata *
C. flava *
C. fontanesiana *
C. × grignonensis *
C. harbisonii *
C. heldreichii *
C. heterophylla *
C. holmesiana *
C. hupehensis *
C. intricata *
C. iracunda *
C. jackii *
C. jonesae *
C. laevigata *
C. × lavallei *
C. lepida *
C. × macrocarpa *
C. macrosperma *
C. marshallii *
C. maximowiczii *
C. × media *
C. mercerensis *
C. mexicana *
C. × vailiae *
C. mollis *
C. × mordenensis *
C. nigra *
C. okanaganensis *
C. orientalis *
C. pedicellata *
C. peregrina *
C. phaenopyrum *
C. phippsii *
C. pruinosa *
C. pubescens *
C. pulcherrima *
C. punctata *
C. putnamiana *
C. rhipidophylla *
C. rivularis *
C. saligna *
C. sargentii *
C. scabrida *
C. scabrifolia *
C. × sinaica *
C. × smithiana *
C. spathulata *
C. submollis *
C. succulenta *
C. tanacetifolia *
C. tracyi *
C. triflora *
C. uniflora *
C. viridis *
C. visenda *
C. vulsa *
C. wattiana *
C. wilsonii