dcsimg

Karabid böcəklər ( Azerbaijani )

provided by wikipedia AZ

Karabidlər (lat. Carabidae) – Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici quruluşu

Əsasən xırda böcəklər olub, yalnız bəzi növləri 50–65 mm-ə çatır. Bığcıqları sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici tipdə olub, yaxşı inkişaf etmişdir. Ayaqları yeriş və ya qaçış tipindədir. Bədən formaları kimi rəngləri də həddən artıq müxtəlifdir. Daha çox qara rəngdə olsalar da, bir çox nümayəndələri, xüsusən CarabusCalasoma cinslərinin növləri parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyidir.[1]

Həyat tərzi

Bunlar meşə döşənəyi və ya torpağın üst qatı ilə bağlı olub, bir qayda olaraq, gecə həyat tərzi keçirən tipik quru sakinləridir. Gündüzlər daşların altında və başqa sığınacaqlarda gizlənirlər. Fəsilənin nümayəndələrinin çoxu müxtəlif onurğasız cücülər, onların sürfələri, molyuskalar, soxulcanlar və s. ilə qidalanan yırtıcılardır. Ancaq bəzi növlər heyvani qida ilə yanaşı, bitki yemindən də istifadə edir. Onların arasında sırf bitkiyeyən növlər də vardır ki, bunların da bəziləri təhlükəli kənd təsərrüfatı ziyanvericiləridir (taxıl böcəyi). Səhralardan tutmuş dəniz səviyyəsindən 5 min m hündürlüyə qədər müxtəlifotlu biotoplarda yaşayırlar. Ayrı-ayrı növləri isə hətta suda yaşamağa uyğunlaşmışdır.[1]

Yayılması

Dünyada 25000, MDB-də 2300, Azərbaycanda 300 növü məlumdur.

Təsnifatı

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1,0 1,1 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Karabid böcəklər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Karabidlər (lat. Carabidae) – Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan fəsilə.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ