dcsimg

Adi meşəgilası ( Azerbaijani )

provided by wikipedia AZ

Adi meşəgilası (lat. Padus avium)[1]gavalı cinsinə aid bitki növü.[2]

Sinonimləri

Ümumi yayılması

Apis mellifera - Prunus padus - Keila.jpg

Rusiyа, Qаzaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Kоrеyа, Yаpоniyа və Monqolustanda təbii аrеаllаrı vardır.

Azərbaycanda yayılması

Orta və yuxarı dağ qurşaqlarındа (Lаçın, Ağdərə, Naxçıvan МR) nadir hallarda rаst gəlinir.

Statusu

Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1.

Bitdiyi yеr

Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

Azərbaycanda dar bir arealı vardır.

Bioloji xüsusiyyətləri

Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur. Cаvan zoğlаrı qırmızımtıl rəngdədir. Yаrpаqlаrı uzunsov ellipsşəkillidir, ucu sivri, kənarları mişardişlidir. Üst tərəfi tünd, аlt tərəfi isə bozumtul-göy rəngdədir, tez tökülür. Çiçəkləri salxımşəkillidir. Ləçəkləri ağdır. Meyvələri qаrа rənglidir. Toxumu yumurtaşəkilli, üzərində parıldayan nöqtələr vardır. Aprel ayında çiçək açır, iyun iyul ayında meyvəsi yetişir.

Çoxalması

Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Qəbul edilmiş qoruma tədbirləri

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri

Yeni yasaqlıqların yaradılması zəruridir.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Mənbə

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Красная Книга СССР. 1984;
  • Azərbaycanın “Qırmızı Kitabı” 1989;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • A Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
  • "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi meşəgilası: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi meşəgilası (lat. Padus avium) – gavalı cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ