dcsimg
Image of American basswood
Creatures » » Plants » » Dicotyledons » » Mallows »

American Basswood

Tilia americana L.

Amerika cökəsi ( Azerbaijani )

provided by wikipedia AZ

Tilia americana (lat. Tilia americana)

Təbii yayılması

Amerikanın Cənubi-qərbi ştatlarında geniş yayılmışdır.1752-ci ildə İngiltərəyə gətirilmışdır.

Botaniki təsviri

Hündürlüyü 20 – 35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir. Meyvələri yumru, açıq sarı rəngli, diametri 8 10 mm, quru qutucuqlardır.

Ekologiyası

Amerika cökəsi yumşaq iqlimi olan rayonlarda becərilə bilər.

Azərbaycanda yayılması

Respublıkamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.

İstifadəsi

Yarpaqları və çiçəkləri yeməlidir. Çiçəklərin aktiv maddələrinə flovonoidlər, efir yağları daxildir. Bol nektarı həşaratların müxtəlif növləri tərəfindən istifadə olunur. Taxta əşyaların, qatar korpuslarının düzəldilməsində istifadə edilir. Cökənin çiçəklərindən hazırlanan çay xoş qoxuya malikdir. Tərkibində büzücü təsirə malik olan taminlər vardır.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Amerika cökəsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Tilia americana (lat. Tilia americana)

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ