dcsimg

Yapon dəniz şiri ( Azerbaijani )

provided by wikipedia AZ

Yapon dəniz şiri[1] (Zalophus japonicus) — Qulaqlı suitilər fəsiləsinə Kaliforniya dəniz şirlərinə daxil olan, nəsli kəsilmiş məməli. Bu canlının nəsli kəsilməsi 1970-ci illərə təsadüf edir[2].

Yapon dəniz şiri əsasən Yapon dənizi akvatoriyasında Yaponiya arxipelaqında[3] və azda olsa Koreyanın[4] qərb və sahillərində, Kuril adalarının cənub hissəsində yayılmışdı. Onların Kamçatka yarımadası[5]Ryukyu adaları ətrafında belə yayılmış olması ehtimal edilir.

Yapon dəniz şiri xariçi görünüş baxımından Kaliforniya dəniz şirinə bənzəyir (Zalophus californianus). Erkəklər tünd-boz, və tünd-qəhvəyi rəngdə olurdular. Uzunluqları 2,3 - 2,5 metr, çəkisi isə 450 - 560 kq arasında dəyişirdi. Yaşlı erkəklər demək olar ki, bütünlüklə qara rəngdə olur. Dişilər 1,40 - 1,64 m uzunluğa və parlaq rəngə malik olurdu. Yapon dəniz şirləri sahildən çox aralanmırdılar. Onların sahildən 16 km məsafədən uzağa üzmürdülər. Sahildə əsasən qumsallıq ərazilərdə yerləşirdilər. Uzun zaman bu canlı Kaliforniya dəniz şirinin yarımövü hesab edilirdi. 2003-cü ildə kəllə quruluşunun dəqiq diaqnostikası olnarın müstəqil növ olmasını ortaya çıxarmışdır. Yapon dəniz şirlərinin kəlləsi digər növə nisbətən iridir. Kaliforniya dəniz şiri beş üst azı diləri olduğu halda Yapon dəniz şirlərində altıdır.

Yapon dəniz şirinin soyunun kəsilməsinə səbəb kütləvi ovlanma və balıqçılar tərəfindən təqib olunmalarıdır. XIX əsrin ortalarında sayları 30 000 - 50 000 baş olaraq qiymətləndirilirdi. XX əsrin ortalarından sayları azalmışdır. Sonuncu dəfə 1951-ci ildə 50-60 baş olaraq Liankur adasında aşkarlanmışdır.

Ədəbiyyat

  • Edwin Antonius: Lexikon ausgerotteter Vögel und Säugetiere. Natur und Tier Verlag, Münster 2003, ISBN 3-931587-76-2.

İstinadlar

  1. Соколов В. Е. Редкие и исчезающие животные. Млекопитающие. — М.: Высшая школа, 1986. — С. 353. — 100 000 экз
  2. (yap.) Zalophus californianus japonicus (CR), Red Data Book, Japan Integrated Biodiversity Information System, Ministry of the Environment (Japan). "The Japanese sea lion (Zalophus californianus japonicus) was common in the past around the coast of the Japanese Archipelago, but declined rapidly after the 1930s from overhunting and increased competition with commercial fisheries. The last record in Japan was a juvenile, captured in 1974 off the coast of Rebun Island, northern Hokkaido."
  3. (yap.) "ニホンアシカ剥製標本", Shimane University Museum, Shimane University, Japan.
  4. (ing.) (en abstract available) Itoo Tetsuro, Fujita Akiyoshi, Kubo Kin-ya, "Pinniped records on the neighbouring waters of the Korean Peninsula: Japanese sea lions and larga seals recorded in the ancient literature of Korea", 野生生物保護 (Wildlife conservation Japan),Vol.6, No.2 (20010731), 51-66, Wildlife Conservation Society ISSN 13418777.
  5. Zalophus californianus japonicus (EX), Red Data Book Tottori (mammals), Tottori Prefecture, Japan, p. 34.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yapon dəniz şiri: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yapon dəniz şiri (Zalophus japonicus) — Qulaqlı suitilər fəsiləsinə Kaliforniya dəniz şirlərinə daxil olan, nəsli kəsilmiş məməli. Bu canlının nəsli kəsilməsi 1970-ci illərə təsadüf edir.

Yapon dəniz şiri əsasən Yapon dənizi akvatoriyasında Yaponiya arxipelaqında və azda olsa Koreyanın qərb və sahillərində, Kuril adalarının cənub hissəsində yayılmışdı. Onların Kamçatka yarımadası və Ryukyu adaları ətrafında belə yayılmış olması ehtimal edilir.