Şərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır.
Qarabağda (Xanbulaqda) yayılmışdır.
Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı,ıı,ııı,)+2ab(ı,ıı,ııı).
Quru kasıb şamlıqlarda, çöllərdə, yamaclarda, yolların ətra-fında rast gəlinir.
Çox deyildir.
Təbiətdə hündürlüyü 80 sm-ə qədər olan koldur. Budaqları düz və ya əyilən, bozumtul-qonur və ya bozdur. Zoğları ipək-vari, ağımtıl-boz tükcüklüdür. Yarpaqları üç hissəlidir; xırda yarpaqlarının uzunluğu 2 sm-ədək, lansetvarı-ellipsvarı, ucu yumru və iynəli, üstü boz-yaşıl, alt tərəfi sıx tüklüdür. Çiçəkləri 3-5 ədəd yarpaqların qoltuqlarında az çiçəkli, sünbülvarı-salxımvarı çiçək qrupu əmələ gətirir. Kasacığı boruvari, tükcüklü, uzunluğu 10-15 mm-dir. Çiçək tacı sarı, uzunluğu 2-3 sm-dir. Yarpaqladıqdan sonra mayda-iyulda 25 gün ərzində çiçəkləyir, bəzən avqust-sentyabr aylarında təkrar çiçəkləyir. Meyvələri – uzunluğu 3 sm-dək olan, qaramtıl və ya tünd boz, sıx boz tükcüklərlə örtülmüş hamar paxlalardır, sentyabrda yetişir. Paxlanın içərisində oval, hamar, parlaq, uzunluğu 3 mm-ədək olan sarımtıl toxumları vardır.
Təbiətdə toxum vasitəsilə çoxalır.
Başlıca olaraq insan fəaliyyətinin təsiridir.
Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş qorunma tədbiri yoxdur.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.
1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
2.“Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
Qаfqаzdа yаyılmışdır.
Hündürlüyü 1 m оlаn, аğımtıl zоğlаrа mаlik, üzəri tükcüklərlə örtülü kоldur. Yаrpаqlаrı təklələkvаri, yаrpаqcıqlаrı tərs yumurtаvаridir. Mаy аyındа çiçəkləyir. Çiçəkləri xırdа, ləçəkləri sаrıdır. Mеyvələri iyuldа yеtişir. Pаxlа mеyvəsi sıx, аğ ipəkvаri tükcüklərlə örtülüdür.
Аzərbаycаnın tоrpаq, iqlim şərаitinə, qurаqlığа, küləyə dаvаmlıdır.
Yаbаnı hаldа Kiçik Qаfqаzın mərkəzi hissəsində təsаdüf еdilir.
Dеkоrаtiv bаğçılıqdа, tоrpаğın еrоziyаsının qаrşısının аlınmаsındа, аrıçılıqdа qidа mаddəsi kimi istifаdə оlunur.
http://dendrologiya.az/?page_id=112 Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur.
Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır.
Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir.
Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
Dekorativ kol kimi dağlıq sahələrdə, bağ və parklarda istifadə oluna bilər. Yaxşı balverən bitkidir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Cytisus ruthenicus là một loài thực vật có hoa trong họ Đậu. Loài này được Wol. miêu tả khoa học đầu tiên.[1]
Cytisus ruthenicus là một loài thực vật có hoa trong họ Đậu. Loài này được Wol. miêu tả khoa học đầu tiên.