Ağboğaz samur (lat. Hydrictis maculicollis) — Afrikada, Böyük səhradan cənubdakı ərazilərində yayılmış Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Hydrictis cinsinə daxil olan yeganə növ.
Aşboğaz samurlar 44 - 68 sm uzunluğa sahib olurlar. Onların quyruqları 13,5 - 19,0 sm arasında dəyişir. Çəkiləri isə 3 - 5 kq[1] arasındadır. Erkəkllər bir qayda olaraq dişilərdən böyük olur.
Bədən şux və uzunsov formadadır. İri başa və enli boyuna sahibdir. Xəzinin rəngi tünd qəhvəyidən qırmızı-qəhvəyi arasında dəyişir. Qulaqları qısa və yumrudur. Boğazda və ağız ətrafında ağdan krem rəngi aralığında olan ləkələr vardır. Fərdlər arasında rəng fərqliliyi müşahidfə edilir. Nadir də olsa albinos fərdlərə rast gəlinir[1].
Diş formulu: I 3 3 C 1 1 P 4 3 M 1 2 = 36 {displaystyle I{3 over 3}C{1 over 1}P{4 over 3}M{1 over 2}=36}
Ağboğaz samurlar Afrikanın Böyük səhrasından cənubdakı ərazilərində rastlanılır. Белогорлая выдра широко распространена в Африке к югу от Сахары. Qərbdə Qvineya-Bisaudan, Efiopiyanın cənub-qərbinə, Namibiyanın cənub-qərbindən şimal sərhədlərinə, Botsvana və Zimbabvenın şimal-qərbindən Keniya, Malavi və Tanzaniyanın şərqinə, Mozambikdən Cənubi Afrikanın şərqinə kimi olan ərazilərdə yayılmışdır.
Samurlar əsasən balıqlar (Barbus, Clarias, Haplochromis, Micropterus salmoides, Salmo trutta, Tilapia) və qurbağalarla (Xenopus laevis, Rana) qidalanır. Təbiətdə olar timsahların şikarına çevrilə bilirlər. Balaları isə sahil qartallarının yemicə cevrilə bilər.
Viktoriya gölündə (Tanzaniya) çütləşmə, iyulda baş verir. Balalar isə sentyabrda doğulur. 1-3 arası bala doğa bilirlər. Bala doğularkən kor olur. Bir il müddətində anasının yanında qalır. Erkəklər onların böyüdülməsində iştirak etmirlər.
Ağboğaz samur (lat. Hydrictis maculicollis) — Afrikada, Böyük səhradan cənubdakı ərazilərində yayılmış Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Hydrictis cinsinə daxil olan yeganə növ.