dcsimg
Life » » Archaeplastida » » 木蘭綱 » » 豆科 »

Colutea komarovii Takht.

Komarov şaqqıldağı ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Komarov şaqqıldağı (lat. Colutea komarovii) — paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.

Təbii yayılması

Azərbaycanda dar bir arealda yayılmışdır.

Botaniki təsviri

Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür. Çiçəkləri salxımlara toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. Erkəkcikləri bitişikdir. Paxlası 20-22 sm uzunluğunda olur. Paxla saplaq üzərində olub çılpaqdır, uzunluğu 18-20, eni 15 mm-ə qədərdir. Meyvəsi yetişən zaman uc hissəsindən açılır. May ayında çiçəkləyir iyunda meyvəsi yetişir.

Ekologiyası

Təbiətdə toxumlarla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir. Qəbul edilmiş xüsusi qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması

Azərbaycanın endemik bitkisidir. CR A1ab; B1b (i,iii,iv). Naxçıvan MR-in Ordubad rayonu (Kotam kəndi) ərazisində təbii halda yayılmışdır. Azərbaycanda botanika bağlarında becərilir. Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

http://dendrologiya.az/?page_id=112

Ədəbiyyat

  • Флора Азербайджана.т.5. 1954;
  • Флора Кавказа т.5. 1954;
  • Деревья и кустарники СССР. т.4.1958.
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Naxçıvan Muxtar Respublikası florasının takso¬nomik spektri. 2008;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”. 2010;
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, repro¬duksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi al¬maq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Komarov şaqqıldağı: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Komarov şaqqıldağı (lat. Colutea komarovii) — paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Colutea komarovii ( 越南語 )

由wikipedia VI提供

Colutea komarovii là một loài thực vật có hoa trong họ Đậu. Loài này được Takht. miêu tả khoa học đầu tiên.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Colutea komarovii. Truy cập ngày 5 tháng 6 năm 2013.

Liên kết ngoài


Bài viết liên quan đến tông đậu Galegeae này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.


許可
cc-by-sa-3.0
版權
Wikipedia tác giả và biên tập viên
原始內容
參訪來源
合作夥伴網站
wikipedia VI

Colutea komarovii: Brief Summary ( 越南語 )

由wikipedia VI提供

Colutea komarovii là một loài thực vật có hoa trong họ Đậu. Loài này được Takht. miêu tả khoa học đầu tiên.

許可
cc-by-sa-3.0
版權
Wikipedia tác giả và biên tập viên
原始內容
參訪來源
合作夥伴網站
wikipedia VI