Adi mayasarmaşığı və ya Adi xamırmaya (lat. Humulus lupulus)[1] - mayaotu cinsinə aid bitki növü.[2]Çoxillik sarmaşan bitkidir. Gövdəsi sarmaşan, nadir hallarda səriləndir, dördtillidir, sivri kələkötür və uzunluğu 3-6 m-dir.[3]
Yarpaqları bütöv və yaxud 3-5 bölümlüdür, qaidə hissəsi dərin ürəkşəkillidir, ucu sivriləşmiş, kənarları iri dişlidir.[3]
Dişicikli çiçəklərin çiçəkyanlığı meyvə verənə yaxın birtərəfli böyüyəndir, qanadşəkillidir, xırda oturaq vəziciklərlə örtülüdür, qaidə hissəsində fındıqcanı əhatə edir.[3]
İyun[3]
İyun-İyul.[3]
BQ (Quba), Samur-Şabran oval., Alazan-Əyriçay, BQ şərq, BQ qərb, KQ, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.[3]
Meşə kənarında, kolluqlarda, çox vaxt çayların sahilində, hasarlar boyunca rast gəlinir.[3]
Tibbdə istifadə olunur, cavan zoğları yazda qidada istifadə olunur. Gövdəsi kəndir, kağız və s. hazırlanması üçün yararlıdır.[3]