Quzu plaunu (Huperzia selago (L.) Bernh. ex Sachrank et C.Mart. )[1][2] - qurdayağı cinsinə aid bitki növü. [3]
Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. [4]
Sporların yetiışmə dövrü iyul-oktyabr aylarıdır. Orta, yuxarı dağ və alp qurşağında, şam meşəsində, böyük daşların üstündə, iri qaya çatırlarında, mamırların arasında rast gəlinir.[4] Dərman və dekorativ bitkidir. [4] [5]
Kiçik Qafqazın şimal hissəsi (Göygöl Milli Parkı, Çınqıl dərəsinin şimal yamacı, şam meşəsi); Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu, Car kəndinin ətrafı, Zaqatala Dövlət Qoruğu, Xalagel dağı). [4] [6] [7]
Tək-tək rast gəlinir, sayı çox azdır. [7]
Məskulaşdığı meşə sahələrinin azalması və digər antropogen amillər.
Məlum biotopların nəzarətə alınmalı, təbiətdə axtarışı davam etdirilməlidir.