dcsimg
柘的圖片
Life » » Archaeplastida » » 木蘭綱 » » 桑科 »

Cudrania tricuspidata (Carr.) Bur. ex Lavallee

Üçdişli kudraniya ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Təbii yayılması:

Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə becərilir.

Botaniki təsviri:

Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır.Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir.

Ekologiyası:

Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.

Azərbaycanda yayılması:

Dendroloji parkda introduksiya edilmişdir. Abşeronda və Gəncədə mədəni şəraitdə becərilir.

İstifadəsi:

Kudraniyanın sulu meyvəsinin qırmızı lətində və yarpaqlarında ağ şirə vardır. Yaşıllaşdırmada çox istifadə edilir. Bu ağacın oduncağı çox möhkəmdir, gözəl görünüşü vardır, ondan əşyalar, mebel və musiqi alətləri düzəldilir.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov


Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ