dcsimg

Qırışıqlı qabıqyeyən ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Qırışıqlı qabıqyeyən (lat. Scolytus rugulosus Ratz.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ.

Həyat tərzi

Böcək sürfə mərhələsində ağacın gövdəsində (qidalanma nəticəsində sürfə tərəfindən açılmış yarıqda) qışlayır. Mart ayında puplaşmağa başlayır. Böcəklər pupdan may ayının ortalarında çıxır. Təbiətdə onların uçuşu 50-60 günədək davam edir. Uçuş müddətində böcəklər tumurcuqların oturaq hissəsinə, sonra isə şam ağacının gövdəsini gəmirərək 1-2 sm uzunluğunda yol açaraq oraya yumurta qoyurlar. Bir dişi fərd hər dəfə 30-dək, ümumiyyətlə 120-dən 130-dək yumurta qoya bilir. Yumurta qoyduqdan sonra, dişi fərd öz bədəni ilə həmin oyuğun deşiyini tutur və ölür. Bu hal yumurtaların təbii düşmənlərdən xilas olmasına şərait yaradır. Ona görə ki, parazit və yırtıcılar ağac deşiyindən içəri girə bilmirlər. Qırışıqlı qabıqyeyən Abşeronda iki nəsil verir. Ikinci nəslin sürfələri iyul ayının birinci yarısında puplaşmağa başlayırlar. Iyul ayının axırında puplardan çıxan böcəklər sentyabr ayınadək təbiətdə rast gəlinir. Bir növ parazit (Scolia guadripunctata L.) və bir növ (Tanasimus formicarius L.) yırtıcısına trast gəlinmişdir.

Yayılması

Azərbaycanın Şəki-Zaqatala, Quba- Xaçmaz, Dağlıq Qarabağ, Naxçıvan MR və Lənkəran bölgəsində, Qafqazda, Rusiyada, Kiçik Asiyada, Amerikada daha geniş yayılmışdır.

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Qırışıqlı qabıqyeyən: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Qırışıqlı qabıqyeyən (lat. Scolytus rugulosus Ratz.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ