dcsimg

Tüklü yasəmən ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Syringa villosa (lat. Syringa villosa) — zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

Təbii yayılması

Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır.

Botaniki təsviri:

Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür. Çiçəkləri çəhrayı-bənövşəyi, ətirlidir. Çiçək tacının hissələri ucunda qaşıqvaridir. Qutucuğu küttəhər və ya yuxarı hissədə bir az biz, uzunluğu 1,7 sm-dir. İyun-iyulda çiçəkləyir. İyulun ikinci yarısında və ya avqustda meyvəsi yetişir.

Ekologiyası

Soyuğa, quraqlığa davamlı bitkidir. Rütübətli, gilli torpaqlarda yaxşi bitir.

Azərbaycanda yayılması:

Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.

İstifadəsi

Yaşıllaşdırmada, qrup əkinlərində və canlı hasarların salınmasında istifadə edilir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Tüklü yasəmən: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Syringa villosa (lat. Syringa villosa) — zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ