Yaşıl qılınclı (lat. Xiphophorus hellerii) Çəkidişkimilər dəstəsinin Hambuziyalar fəsiləsindən balıq növü.
Yaşıl qılınclı, təbii həyat sahəsi axıntılı Orta Amerika çayları olan, təxminən 10-12 sm boya çata bilən bir şirin su balıq növüdür. 20-30 dərəcə su istiliklərində yaşaya bilər. İdeal istilik bütün canlı doğuran növlərində olduğu kimi 26-28 dərəcə aralığıdır. Dişiləri kişilərindən daha iri olar. Cinsiyyət ayrı-seçkiliyi ən yaxşı kişi balığın quyruğunda qılıncı xatırladan uzadılmanın olmasından aydın olar. Yaxşı bir yosun yeyicisidir, quru yemlərinin məzmununda spirulina olması sağlam inkişafı üçün köməkçi olacaq. Balığın yağlanılmaması, iç parazit olmaması üçün canlı yem və zülal ağırlıqlı bəsləmə daha az edilməlidir.
Kişiləri bir-birinə qarşı təcavüzkardır; ancaq akvariumdakı başqa balıq növləriylə yaxşı dolanarlar. Suyun orta və üst bölgələrində üzərlər. İçində bol oksigen olan, açıq sahələri də olan bitkiləndirilmiş akvariumları sevərlər. Canlı doğurar, asan çoxalarlar. Digər canlı doğuranlar kimi çox bərabər tapıldıqları akvariumda dişi sayı ən az iki və üzərində tutulmalıdır. Bu nisbət davamlı cütləşmək istəyən və dişini qovan kişinin hədəflərini çoxaldacaq dişinin köhnəlməməsini təmin edəcək. Sıx bitkilər balalarının həyata şansını artırar.