dcsimg

Abıca arıquş ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Abıca arıquş (lat. Parus caeruleus) — Arıquşular fəsiləsinə aid quş növü.

Xarakterik morfoloji əlamətləri

Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir[1][2][3][4].

Kateqoriyası və statusu

Çoxsaylıdır.

Yayılması

AvropaAsiyada yayılıb. Azərbaycanda isə Kür-Araz vadisində, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb[1][2][3][4].

Növdaxili müxtəlifliyi

Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c. Satunini Zarudny, 1908) yayılıb[1][2][3][4].

Yaşayış yeri və həyat tərzi

Dendrofil quşdur. Seyrək və xırda meşəliklərdə, kolluqlarda, bağlarda, çayboyu ərazilərdə yaşayır. Nəsilvermə dövründə cüt–cüt yaşayır. Ovetmə ərazisi 3000–7000 m²-dir[1][2][3][4].

Qida spektri

Entomofaqdır. Bəzi hallarda bitkilərin toxumları ilə qidalanır. Yemi ağaclardan, kolluqlardan, yerdən və otların arasından əldə edir.

Təbii düşmənləri

Azərbaycanda məlum deyil.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Monoqamdır. İldə 2 dəfə yuvalayır. Ağac koğuşlarında yuva qurur, I yuvada 9–12 yumurta, II yuvadakı yumurtaların sayı 6-8-ə qədər olur. Kürtyatma 12–14 gün çəkir. 16-18 gündən sonra balalar yuvanı tərk edir[1][2][3][4].

Növün fenologiyası

Lələkdəyişmə bir qədər gec başlayır, sentyabrdan oktyabrın əvvəllərinə kimi.

Ontogenezi

Bir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinalyetkin formalardan ibarətdir.

Reproduktivliyi

İldə 2 dəfə çoxalır, I dəfə 9-12, II dəfə isə 6-8 yumurta verir[1][2][3][4].

Xromosom göstəriciləri

Məlum deyil

Sayı və limit faktorları

Limit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətinantropogen amillərin təsirlərinə məruz qalmasıdır.

Biosenozdakı rolu

Çoxalma dövründə zərərli cücülərin və onların sürfələrinin tələf edilməsində xeyirlidir.

İnsan həyatında rolu

Estetikelmi əhəmiyyətlidir.

Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri

Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.

Növün qeydiyyat göstəriciləri

Elmi fondlarda kolleksiyası saxlanır. Muzeylərdə nümayiş etdirilir.

Həmçinin bax

Adi alasığırçın
Böyük oxcüllüt
Bozqır haçaquyruğu
Ortaboy tənbəlcüllüt
Kəkilli arıquş

Xarici keçidlər

Blue Tit-Blaumeise-Parus caeruleus singing

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 179–180.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 104-106.
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 352–362.

Ədəbiyyat

1. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
2. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 179–180.
3. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 104-106.
4. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 352–362.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Abıca arıquş: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Abıca arıquş (lat. Parus caeruleus) — Arıquşular fəsiləsinə aid quş növü.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ