dcsimg
絲葵屬的圖片
Life » » Archaeplastida » » 木蘭綱 » » 棕榈科 »

華盛頓椰子

Washingtonia filifera (Rafarin) H. Wendl. ex de Bary

Lifli vaşinqtoniya ( 亞塞拜然語 )

由wikipedia AZ提供


Təbii yayılması

Təbii şəraitdə ABŞMeksika nın cənub ştatlarında tropik ərazilərdə bitir.

Botaniki təsviri

Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14-45 sm, yaşıl rəngli,cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5-2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür. İlk yarpaqlar əvvəlcə açıq yaşıl rəngdə, sonradan tünd-yaşıl rəngdə olur. Bənövşəyı rəngli çiçəyi iri və ətirlidir. Çiçəkləri ikicinsli, qoltuq çiçək qruplarına yığılmışdır, çiçəklədikdən sonar onların yerində uzunluğu 15 mm-ə qədər, yeməli qara giləmeyvələr əmələ gəlir. Çiçəkləmə fazasına may-iyun aylarında başıayır. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsinin diametric 1-1,5 sm-dir, sarı rəngdədir. Toxumu xırda və dairəvi formadadır. Toxumla çoxaldılır.

Ekologiyası

İşıqsevəndir, ancaq düz günəş şüalarından qorunmalıdır. Yarpaq çürüntülü, çimli,torflu, qumlu torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

Abşeron da, cənub rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Yaşıllıqlarda tək və ya qrup əkinlərində istifadə edilir.

Məlumat mənbələri

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ