Adi şaftalı (lat. Prunus persica) — gavalıkimilər yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.
Mərkəzi və Şimali Çində geniş yayılmışdır.
Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var.
Azərbaycanda bir neçə sortu yetişdirilir.
Şaftalı şirəsini ürək ritminin pozulması, qanazlığı, azalmış turşuluq dərəcəsi ilə qarın xəstəlikləri zamanı qəbul olunur. Şaftalı şirəsi şlakların orqanizmdən kənarlaşdırılmasına kömək edir. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir. Oyadıcı xüsusiyyətə malikdir.
Adi şaftalı (lat. Prunus persica) — gavalıkimilər yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.