dcsimg

Marxur ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Marxur[1] (lat. Capra falconeri) - dağ keçisi cinsinə aid heyvan növü.

Bu keçilərin iri spiralvari buynuzları olur. Sağ buynuz sola, sol buynuz sağa doğru burulmuşdur. Erkək keçilərin buynuzlarının uzunluğu 1.5 metrə çatır. Dişilərin buynuzları daha gödək olur və daha az burulmuş olur. Erkək keçilərdə bəzəkli saqqallar olur. Qışda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Marxurların hamiləlik dövrü 170 gün sürür. Bundan sonra onların 1-2 balaları dünyaya gəlir. Doğulduqdan 1 gün sonra balalar analarının arxası ilə hərəkət edirlər. Marxurlar balalarını 5-6 ay südlə bəsləyirlər. 2-2.5 yaşından sonra onlar çoxalmada iştirak edirlər.

Arealı

Himalay dağlarının qərb hissəsində, Kəşmirdə, Kiçik TibetƏfqanıstanda, eləcə də Pənc çayı boyunca dağlarda, Tacikistanda Babadağ dağ silsiləsində yayılmışdır. Buynuzlarının formasına görə bir neçə yarımnövə ayrılır.

İstinadlar

  1. Bo Beolens, Michael Watkins, and Mike Grayson The eponym dictionary of mammals. — Baltimore: The Johns Hopkins University Press, 2009. — P. 131. — 574 p. — ISBN 978-0-8018-9304-9 (ing.)
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Marxur: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Marxur (lat. Capra falconeri) - dağ keçisi cinsinə aid heyvan növü.