dcsimg

Kiçik axşam yarasası ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Kiçik axşam yarasası (lat. Nyctalus noctula) — axşam yarasası lat. Nyctalus cinsinə aid növdür. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58 - 72 mm, bazu sümüyünün uzunluğu 42 - 46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır.

Yayılması

Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərəİrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, PenzaSaratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A.P.Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir[1].

Yaşayış yeri və həyat tərzi

Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir. Yayın əvvəllərində 30 - 40-a qədər dişi fərd erkəklərdən ayrılaraq, kiçik koloniyalarda yaşayırlar. İyunda dişi 2, nadir hallarda 1 bala doğur. Balalar 1 aydan sonra uçma bilirlər. İyulun axırlarına yaxın balalardan ibarət koloniya dağılır. Avqustun sonları - sentyabrın əvvəlləri kiçik axşam yarasaları meşələrdən başqa yerlərə uçub gedirlər. Rusiya daxilində onların qışlama yerləri, uçuş istiqamətləri və uçma məsafələri məlum olmasa da, mövsümi uçuş etmələri güman edilir. Aprelin sonları - mayın əvvəllərində yaşayış yerlərinə qayıdırlar.

Sayı

Hər yerdə nadir və azsaylıdır.

Mənbə

  • 1. Azərbaycan faunası. Məməlilər. III hissə. Bakı, Elm nəşriyyatı, 1978
  • 2. Рахматулина И. К. Рукокрылые Азербайджана (Фауна, Экология, Зоогеография) // Баку, 2005, сс. 67-75;
  • 3. Рахматулина И. К. Azərbaycan yarasalarının mühafizəsi üzrə hərəkət planı // Bakı, 2008, 51-53.


İstinadlar

  1. Кузякин А.П. Летучие мыши. М. Советская наука, 1950, 443 стр.
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Kiçik axşam yarasası: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Kiçik axşam yarasası (lat. Nyctalus noctula) — axşam yarasası lat. Nyctalus cinsinə aid növdür. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58 - 72 mm, bazu sümüyünün uzunluğu 42 - 46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ