dcsimg

Amerika qara şamı ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Vətəni Şimali Amerika dır. Tundra zonasında cənubda, Alyaska, KanadaPensilvaniya ştatlarında bitir. Şimalda çayların və göllərin sahillərində təmiz əkinlər əmələ gətirir və qara küknar, Kanada küknarı və kağız tozağacı ilə birlikdə qarışıq meşələrdə bitir. Hündürlüyü 25 m-ə qədər, çətiri ensiz-piramida formalı və ya konusvarı, budaqları aşağıya sallanmış, yarpağını tökən ağacdır. Gövdəsinin rəngi tünd qonurdan boz rəngə qədər dəyişir. Cavan zoğları qonur-narıncı, göyümtül çalarlıdır, çılpaq və ya seyrək tükcüklüdür. Uzunluğu 3 sm olan iynəyarpaqları yazda çox zəif, açıq yaşıl olur, sonradan tündləşir. İşıqsevən və yavaş böyüyən cinsdir. İynəyarpaqları aprelin ortalarında açılır, noyabrda tökülür. Toxumlarla çoxalır. Toxum qabıqalrı qalın, çılpaq, qövsvarı əyilmiş, bir az içəri burulmuşdur. Ucunda kənar qabıqları toxum qabıqlarının 1/2 hissəsini təşkil edir və qozaların bünövrələrində çıxır. Gözəl, az budaqlı çətirinə görə öz yaşıl görkəmini digərlərindən çox saxlayır. Qozaları xırda, çox dekorativdir, əvvəlcə bənövşəyi-qırmızı olur, yetişdikdə qırmızı-qonur rəng alır. Mədəni şəraitdə 1737-ci ildən becərilir. 23 yaşında hündürlüyü 18,6 m, gövdəsinin diametri 29-38 sm, illik boy artımı 12 sm olur. 7 yaşından çiçəkləyir. Qışadavamlılğı yüksəkdir. Emal edilmədən qış qələmləri kök atmır. Avropanın dəniz və kontinental iqlimində yaxşı bitir, Avropa qara şamına nisbətən iqlimə daha davamlı hesab edilir. Digər qara şamlara nisbətən yavaş böyüyür, vegetasiyası dugər növlərdən gec başlayır. Yaxşı drenajlı torpaqlara və açıq yerlərə üstünlük verir. Rütubətə davamlıdır. Tək və qrup əkinlərində, parklarda, bağlarda geniş istifadə edilir. Göllərin və bataqlıq sahələrin yaşıllaşdırılması üçün yararlıdır. Aşağıdakı formaları məlumdur: “Aurea”-formasının zoğlarında iynəyarpaqları qızılı-sarı, yayda açıq yaşıl rənglidir. Bu dekorativ forma 1866-cı ildə bağban Sensklaus tərəfindən alınmışdır. Abşeron da yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Amerika qara şamı: Brief Summary ( Azerice )