dcsimg

Sonqal yemişanı ( Azerbaijano )

fornecido por wikipedia AZ

Təbii yayılması

Təbiətdə növün arealı Orta Asiya, Çinin qərb rayonları, İran, Pakistan və Əfqanıstanı əhatə edir.

Botaniki təsviri

Hündürlüyü 4-5 m-ə qədər olan kol və ya kiçik ağacdır. Budaqları bozumtul, nazik albalı rəngli, cavan zoğları seyrək tükcüklüdür sonra çılpaqlaşır. İynələri düz, qalın, uzunluğu 8-15 mm-dir. Yarpaqları enli, yumurtavari və ya rombvari, uzunluğu 3,5-6 sm , eni 2,8 -6 sm, 5-7 yerə bölünmüş və ya yuxarı hissəsi pərli iri kəsiklidir. Nazik tünd yaşıldır, alt tərəfi isə yaşılımtıldır. Saplaqlarının uzunluğu 3,5 sm-dək; yalançı zoğları oraqvari əyilmiş daraqvari dişlidir. Mürəkkəb çiçəkqruplu, çılpaq və ya bir az tükcüklü, oxlu və saplaqlıdır. Çiçəklərin diametri təxminən 1,6 sm, kasayarpaqları əyilmiş, enli üçkünc, zəif tükcüklüdür; erkəkcikləri 18-20, çəhrayı tozcuqludur. Sütuncaqları 2-3-dür. Meyvələri azsaylı, şarşəkilli bəzən enli ellipsvari, diametri 12-16 mm, alqırmızı-qara, açıq nöqtəli, ətli yeməlidir. 2-3 çəyirdəklidir, arxa tərəfdən qabarıq, səthi hamar, ön tərəfdən dərin olmayan əyri şırımlıdır. Mayda çiçəkləyi, sentyabr-oktyabrda meyvələri yetişir.


Ekologiyası

Dağların orta zolaqlarında, kolluqlarda, çay vadilərində və yamaclarda bitir.

Azərbaycanda yayılması

Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

Yaşıllaşdırmada geniş istifadə olunur.


Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ