Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır.
Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30-50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Reyhan bitkisinin qurusu da xörəklərdə istifadə olunur. Xalq təbabətində əsəb sisteminin tənzimlənməsində müalicə məqsədilə istifadə edirlər. Bitkidən daxili xəstəliklərin müalicəsində də istifadə olunur. Ağızdakı mədə iyini aradan götürmək üçün beş dəqiqə ərzində reyhan yarpaqlarını (zoğlarını) çeynəmək lazımdır.
Bitkinin yarpaq və zoğunda 0,02-0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır.
"Quran"da reyhan haqqında belə bir ifadə var:
"Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır."[1]
— Rəhman surəsi, 12