Qrant zebri (lat. Equus quagga boehmi) — Düzənlik zebri növünə daxil ola yarımnöv.
Əsasən Serengeti ekoregionu və Masai Mara qoruğunda yayılmışlar. Ölkə baxımından isə Zambiya, Konqo Demokratik Respublikası, Tanzaniya və Keniyanın cənub-qərb hissəsini əhatyə edir.
Bu canlıların uzunluğu 120 - 140 sm, çəkisi 300 kq ola bilir[1]. Ailələr şəkilində yaşayırlar. Hər ailədə 18 fərd ola bilir. Qrupu erkək rəhbər idarə edir. Bu canlıların orta ömür müddəti 20 ildir. Savanna zonasında yaşayırlar. Bölgəyə xas ot bitkiləri ilə qidalanırlar. Son zamanlar Afrikanın digər iri heyvanları kimi Qrant zebrlərinin də sayı azalır. Populyasiyanın azalmasına səbəb yayılma arealının otlaqlar kimi istifadəsidir. Bununla belə xəstəliyə olduqca davamlı canlılardır.
|deadurl=
(kömək) Qrant zebri (lat. Equus quagga boehmi) — Düzənlik zebri növünə daxil ola yarımnöv.