Siyənəkkimilər (lat. Clupeiformes) — Şüaüzgəcli balıqlar (Actinopterygii) dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir. Dəstəyə - siyənəkkimilər, ancouskimilər və dorabkimilər fəsilələrinə aid olan 70 cins və 300 növ daxildir. Xəzərdə və Azərbaycanın ərazi sularında ilk fəsilənin nümayəndələri yaşayır.[1]
Siyənəkkimilər (lat. Clupeiformes) — Şüaüzgəcli balıqlar (Actinopterygii) dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir. Dəstəyə - siyənəkkimilər, ancouskimilər və dorabkimilər fəsilələrinə aid olan 70 cins və 300 növ daxildir. Xəzərdə və Azərbaycanın ərazi sularında ilk fəsilənin nümayəndələri yaşayır.