Təkdənli buğda
(
Azerbaijano
)
fornecido por wikipedia AZ
Təkdənli buğda (lat. Triticum monococcum) — Taxıllar fəsiləsindən buğda növü.
- Status. Çox nadir növdür.
- Yayılması. Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya.
- Bitdiyi yer. Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda.
- Ehtiyatı. Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur.
- Çoxalması. Toxumla çoxalır.
- Ehtiyatının deyişilməsi səbəbləri. Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
- Becərilməsi. Məlumat yoxdur.
- Qəbul edilmiş qorunma tədbirləri. Xususi mühafizə tədbirləri hazırlanmamışdır.
- Zəruri qorunma tədbirləri. Seleksiya işində böyük əhəmiyyətə malikdir. Bitdiyi yerləri tam qorumaq lazımdır.
- Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
Bitki ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
- licença
- cc-by-sa-3.0
- direitos autorais
- Vikipediya müəllifləri və redaktorları