dcsimg

Hil (bitki) ( Azerbaijano )

fornecido por wikipedia AZ

Hil (lat. Amomum)[1] - zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.[2] Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, AfrikadaAmerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %).

Məlumat

Hil zəncəfil fəsiləsindən olan çoxillik bitki cinsidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hil toxumunun tərkibi faizlə aşağıdakı kimidir:

  • Azotlu maddələr 11-15 %,
  • Yağ 1-2 %,
  • Efir yağları 3,5 %,
  • Karbohidratlar 35-60 %,

O cümlədən:

  • Şəkər 0,5-0,8 %,
  • Nişasta 30-50 %,
  • Pentozanlar 4-7 %,
  • Pektinli maddələr 0,5 %,
  • Sellüloza 11-19 %,
  • Mineral maddələr 2-10 %.

Üyüdülmüş toxumundan həm yeyinti sənayesində, həm də tibbdə geniş istifadə olunur. Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.

Faydaları

  • Antiseptik təsirə malikdir
  • İştahanı açır
  • Həzmi asanlaşdırır
  • Mədə və Bağırsaqların fəaliyyətini nizamlayır
  • Mədə bulanmasına qarşı faydalıdır
  • Sidikqovucu və qazqovucudur
  • İshala (həmçinin dizenteriyaya) qarşı faydalıdır
  • Ürək xəstəliklərinin qarşısını alır
  • Başağrısını aradan qaldırır
  • Miqrenin müalicəsinə kömək edir
  • Bronxitə qarşı faydalıdır
  • Ağciyərləri təmizləyir
  • Ağız iyini aradan qaldırır
  • Ağıza dad verir
  • Yaraların sağalmasına kömək edir
  • Tüpürcək axınını sürətləndirir
  • Xərçəngə qarşı faydalıdır
  • İltihabları aradan qaldırır
  • Zökəmə və qripə qarşı faydalıdır
  • Ən yaxşı ağrıkəsicidir
  • Revmatizma ağrılarını aradan qaldırır
  • Böyrəkləri təmizləyir
  • Yaddaşı möhkəmləndirir
  • Yuxusuzluğu aradan qaldırır
  • Sakitləşdirici təsirə malikdir

Növləri

Azərbaycanın dərman bitkləri

Digər növləri

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
Convallaria-oliv-r2.jpg Birləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Hil (bitki): Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Hil (lat. Amomum) - zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, AfrikadaAmerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %).

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ