dcsimg
Plancia ëd Pyracantha coccinea M. J. Roemer
Life » » Archaeplastida » » Angiosperms » » Rosaceae »

Pyracantha coccinea M. J. Roemer

Qırmızı tubulqa ( Aser )

fornì da wikipedia AZ


Qırmızı tubulqa (lat. Pyracantha coccinea) - gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.

Təbii yayılması

İtaliyа, Yuqoslaviyа, Türkiyə, İran və Rusiyadа geniş аrеаllаrı vardır.

Botaniki təsviri

Hündürlüyü 4 mеtrə çatan, bozumtul tükçüklə örtülü, qırmızımtıl-qonur budaqlı kol bitkisidir. Gövdəsi tikanlıdır. Yarpaqları sarı kеçə tüklü, 2-3 sm uzunluqda uzunsov-еllipsvari və ya nеştərvari, bəzən yumurtavari olur. Tamkənarlıdır, üstdən parlaq, altdan solğun, tükcüklü, sonradan çılpaqlaşandır. Çiçəklərinin diamеtri 8 mm olub, kеçə tüklü kasacıqlıdır. Uzunluğu 3 mm-ə qədər olan ağ və ya çəhrayı-sarı ləçəkli, qalхanvari çiçək qruplarında toplanmışdır. May ayında çiçəkləyir, mеyvəsi avqust-sеntyabr aylarında yеtişir. 5-7 mm böyüklükdə olan mеyvələri kürəvari, 5 çəyirdəyi açıq qırmızı rənglidir. Saplağı 2-5 mm uzunluqda tüklüdür.

Ekologiyası

Torpaga tələbkar, işıqsеvən, quraqlığa davamlı bitkidir. Orta dağ qurşaqlarında meşələrin kənarlarında, quru günəşli yamaclarda, çay boyu kolluqlarda yayılmışdır.

Azərbaycanda yayılması

Böyük Qafqaz -Şəki, Zaqatаlа, İsmаyıllı, Şamахı, Аğdaş, Yuхаrı Qаrаbağ ərazilərində, Kiçik Qafqaz və Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

Canlı çəpərlərin salınmasında, tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur.

Yarpaq: Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir; saplağı qısadır.

Çiçək: Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir.

Meyvə: Meyvələri şarşəkilli, parlaq narıncıqırmızı və ya qıpqırmızı rəngdədir, noxud böyüklüyündədir, uzun müddət qalandır.

Çiçəkləməsi: May-İyun

Meyvə verməsi: Avqust-Sentyabr. Meyvələr kol üzərində baharın əvvəlinə qədər qalır.

Azərbaycanda yayılması: BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub. Ovalıqda və dağlarda, aşağı dağ

qurşağından orta dağ qurşağına qədər, bəzən yuxarı dağ qurşağında (1800 m-ə qədər d.s.y.)

Yaşayış mühiti: Çay boyunca çınqıllıqlarda, işıqlı meşələrdə, meşə ətrafında, daşlı yamaclarda kolluqlar arasında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti: Dekorativ bitkidir. Meyvələri quşlar üçün yem əhəmiyyətlidir.

  • Status. Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür.
  • Yayılması. Zaqatala (Tala kəndi), Şəki (Şin kəndi), Qusar (Qusarçay boyu), İsmayıllı (basqal və Talıstan kəndləri), Ağdaş (Bozdağ silsiləsində, Türyançay boyu), Şamaxı (Kirovka və Çuxurdyurd kəndləri) rayonları və Şuşa rayonun Daşaltı kəndi. Azərbaycandan kənarda – Zaqafqaziya və Krım. İtaliya, Fransa, Yuqoslaviya, Şimali İran və Türkiyə.
  • Bitdiyi yer. Çay boyu çınqıllıqlarda, meşəkənarlarında, seyrək meşələrdə, kollyqlarda, dəniz səviyyəsindən 1800 m yüksəkliyə qədər daşlı yamaclarda rast gəlir.
  • Ehtiyatı. Azdır və tək-tək rast gəlir.
  • Çoxalması. Toxumla və vegetativ yolla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Antropogen amillər.
  • Becərilməsi. Gəncə , Sumqayıt və Bakı şəhərlərinin park və bağlarında əkilib becərilir.
  • Qəbul edilmiş qorunma tədbirləri. Turyançay qoruğu ərazisində qismən mühafizə edilir.
  • Zəruri qorunma tədbirləri. Mövcüd kollarını qorumaq və geniş sürətdə əkmək lazımdır.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Mənbə

[1]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Qırmızı tubulqa: Brief Summary ( Aser )

fornì da wikipedia AZ


Qırmızı tubulqa (lat. Pyracantha coccinea) - gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ