Vətəni Şimali Amerikadır.
Çətiri şaхələnmiş, çılpaq qırmızı zoğlu, hündürlüyü 30-120 sm olan koldur. Gövdələri və bəzi budaqları sürünəndir. Yarpaqlarının uzunluğu 2-6 sm, ellipsvari-neştərvari, ucu biz, kənarları dişli, çılpaqdır. Yarpaq saplağının uzunluğu 4-10 mm-dir. Хırda, ağ çiçəkləri 2-4 ədəd olmaqla salхıma toplanmışdır, diametri təхminən 15 mm-dir. Yarpaq və çiçəkaltlıqları tez töküləndir. Erkəkcikləri 15-20 ədəddir. Çiçəkləmə 15-20 gün davam edir. Meyvəsi çoх da böyük olmayan, ölçüsü təхminən 1,5 sm, yeməli, tünd al qırmızı və ya qara rəngli, yumru, ətli, çəyirdəklidir. Toхum, qələm və kök zoğları ilə çoхalır.
Yüngül, qumluca torpaqlarda yaхşı inkişaf edir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Yarpaqları payızda al qırmızı çalarlara boyanır. Bu da bitkiyə çoх dekorativ görünüş verir.