dcsimg

Hirkan armudu ( Aser )

fornì da wikipedia AZ

Hirkan armudu (lat. Pyrus hyrcana) — gülçiçəklilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. [1][2]

Qısa morfoloji təsviri

25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir [3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Aprel—may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Dağ massivinin dağətəyi meşələrində və meşə talalarında qarışıq halda yayılmışdır.[1][2]

Ümumi yayılması

Azərbaycanda və İrandа təbii arealı vardır.

Azərbaycanda yayılması

Astara, Lənkəran rayonları ərazisində yayılmışdır.

Lənkəran ovalığı (Astara-Şüvi, Anbabu, Duriya, İstisu, Astara kəndləri; Lənkəran rayonu-Daşdatük və Xanbulaq kəndləri) və Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu-Pirembel kəndi; Lerik rayonu – Lerik kəndi). [5]Lənkəran rayonunun Xanbulan, Daşdatük kəndlərində, Astara rayonunun Anbabu kəndində, Hirkan Milli Parkının Vənəbicar və Himmətəli məhəllə adlanan ərazisində, Nıvıştaru çayının sahilində tək-tək rast gəlinir [6][7][8]

Sayı və tendensiyası

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.[1][9][6]

Məhdudlaşdırıcı amillər

Meyvəsi yerli əhali tərəfindən toplanır, meyvələri yetişmədən əvvəl gəmiricilər və quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.

Zəruri qоrumа tədbirləri

Yeni yasaqlıqların təşkil edilməsi tövsiyə olunur.

Mühafizə tədbirləri

Hirkan Milli Parkında mühafizə olunur.[2]Аzərbаycаnın “Qırmızı Kitabı”na dахil еdilmişdir. Mədəni halda Nəbatat bağlarında becərilir.

Ədəbiyyat

  • Деревья и кустарники СССР. т.3. 1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın "Qırmızı" və "Yaşıl Кitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları, 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı: 2011.
  • Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
  • Azərbaycan dendraflorasi. I cild. Bakı: Elm, 2011, 312 səh.
  • 1,0 1,1 1,2 Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  • 2,0 2,1 2,2 http://redbook.az/?options=project&id=Hirkan%20armudu
  • Azərbaycanın ağac və kolları, 1970
  • Səfərov İ.S., Əsədov K.S. 1984
  • Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; Səfərov H.M., 2010
  • 6,0 6,1 Azərbaycanın ağac və kolları, 1970
  • Səfərov İ.S., Əsədov K.S. 1984
  • Səfərov H.M., 2010
  • Мусаев С.Г., и др., 2009
  • licensa
    cc-by-sa-3.0
    drit d'autor
    Vikipediya müəllifləri və redaktorları
    original
    visité la sorgiss
    sit compagn
    wikipedia AZ

    Hirkan armudu: Brief Summary ( Aser )

    fornì da wikipedia AZ

    Hirkan armudu (lat. Pyrus hyrcana) — gülçiçəklilər fəsiləsinə aid bitki növü.

    IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

    licensa
    cc-by-sa-3.0
    drit d'autor
    Vikipediya müəllifləri və redaktorları
    original
    visité la sorgiss
    sit compagn
    wikipedia AZ