Kanada zirinci (lat. Berberis canadensis) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Şimali Amerikanın şərqində çayların sahillərində, hündür qayalarda və yamaclarda bitir.
Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarına qədər davam edir. Çiçəkləməsi mayın axırından iyulun əvvəlinə qədərdir. Hər il bol meyvə verir. Sentyabrın axırlarında yetişir.
Dağətəyi zonalarda bitir. Qışadavamlılığı yüksəkdir. İstiyə, quraqlığa davamlıdır.
Mərdəkan dendrarisində introduksiya edilmişdir. Abşeronda, Qəbələdə, Lənkəranda və s. park və bağlarda mədəni şəraitdə becərilir.
Meyvələrinin dekorativ görünüşünə park və bağlarda canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.
Kanada zirinci (lat. Berberis canadensis) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.